BANK

Nazirliyin iddiasını əsassız sayırıq – BOKT-DAN CAVAB
26 AVQUST
293

Nazirliyin iddiasını əsassız sayırıq – BOKT-DAN CAVAB

2016-08-26 11:30:00

Xəbər verdiyimiz kimi,“İcraçı Kredit Agentliyi” MMC-nin müflis elan edilməsi üçün məhkəməyə müraciət edilib.

Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə edilməsi üzrə Dövlət Xidməti cavabdeh “İcraçı Kredit Agentliyi" MMC Bank Olmayan Kredit Təşkilatının müflis elan edilməsi və əmlak inzibatçısı təyin edilməsi tələbi barədə ərizə ilə 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət etmişdir.

Məhkəmə baxışı 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Oskar Əfəndiyev küçəsi, 8 ünvanında yerləşən inzibati binasında 7 sentyabr 2016-cı il tarixində keçiriləcəkdir.

 KTN aqraq sahədə fəaliyyət göstərən kredit ittifaqlarını maliyyələşdirmək üçün uzun illər "İcraçı Kredit Agentliyi" ilə əməkdaşlıq edib. BOKT-un vasitəçiliyi ilə kredit ittifaqlarına 18 mln. manat vəsait ayrılıb. Amma son vaxtlar ittifaqlara verilmiş borcun geri qaytarılmasında problem yaranıb. Ödənişlərin gecikməsi ucbatından hazırda "İcraçı Kredit Agentliyi"nin dövlətə 5,7 mln. manat borcu yaranıb və bu borcun isə məhkəmə yolu ilə alınması qərar alınıb.

Məsələyə münasibət bildirən BOKT-un İdarə Heyətinin üzvü Samir Cəlilov isə "Report"a bildirib ki, təmsil etdiyi qurum KTN-in iddiasını əsassız sayır. Onun sözlərinə görə, Dövlət Xidmətinə "İcraçı Kredit Agentliyi" deyil, kredit ittifaqları borcludur. BOKT isə bu məsələdə sadəcə vasitəçi olub: ə

"Bizimlə Dövlət Xidməti arasında agent müqaviləsi imzalanıb. Yəni, o vəsaiti alıb kredit ittifaqlarına vermişik və ödənişləri də gecikdirən onlardır. Dövlətə borcumuz yoxdur. Müflislik məsələsi "İcraçı Kredit Agentliyi"nə şamil edilə bilməz. Yalnız həmin kredit ittifaqları müflis elan edilə bilər".

“İcraçı Kredit Agentliyi” Məhdud Məsuliyyətli Cəmiyyət Bank olmayan Kredit Təşkilatının 2015-ci il dekabrın 31-nə beynəlxalq audit (RSM Azerbaijan LLC) tərəfinfən təsdiq edilmiş MALİYYƏ HESABATI

manatla

Yenidən bəyan edilmiş

Yenidən bəyan edilmiş

 

Qeyd

31 dekabr 2015-ci il

31 dekabr 2014-cü il

31 dekabr 2013-cü il

Aktivlər

 

 

 

 

Pul vəsaitləri və onların ekvivalentləri

7

35 797

8 124

265 323

Müştərilərə verilmiş kreditlər və avanslar

8

2 361 076

2 714 329

2 562 280

Əmlak, avadanlıqlar və qeyri-maddi aktivlər

9

36 017

60 346

85 901

Təxirə salınmış vergi aktivi

20

6 442

18 000

17 717

Digər aktivlər

11

55 876

72 082

3 285

Cəmi aktivlər

 

2 495 208

2 872 881

2 934 506

ÖHDƏLİKLƏR

 

 

 

 

Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinə ödəniləcək vəsaitlər

12

-

-

-

Mənfəət vergisi öhdəliyi

20

20 750

-

-

Digər öhdəliklər

13

163 525

711 465

919 674

Cəmi öhdəliklər

 

184 275

711 465

919 674

KAPİTAL

 

 

 

 

Nizamnamə kapitalı

14

108 911

111 013

111 013

Kapital ehtiyatları

15

101 800

101 800

101 800

Bölüşdürülməmiş mənfəət

 

2 100 222

1 948 603

1 802 019

Cəmi kapital

 

2 310 933

2 161 416

2 014 832

Cəmi öhdəliklər və kapital

 

2 495 208

2 872 881

2 934 506

 

Mənbə: Marja

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272