BANK

Britaniya funtu bahalaşmaqda davam edir
26 AVQUST
272

Britaniya funtu bahalaşmaqda davam edir

2016-08-26 11:15:00

Britaniya funt-sterlinqinin manata olan məzənnəsi son bir ayın ən yüksək həddinə çatıb. Fins.az Mərkəzi Bankın rəsmi məzənnələrinə əsasən, xəbər verir ki, bu günə ingilis funtu 4,3 faiz bahalaşaraq 2.15 manata yüksəlib.

Qeyd edək ki, bu il iyulun 26-da funt 2.06 manata dəyişdirilib. Həmin tarixdən etibarən Britaniya valyutası bahalaşmaqda davam edib və avqustun 3-də 2.12 manata yüksəlib. İki gün sonra isə yenidən ucuzlaşaraq 2.09 səviyyəsinə enib. Ucuzlaşma avqustun 17-dək davam edib. Həmin gün funt 2.10 manata qalxıb. Avqustun 19-da isə bahalaşma hər gün davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272