BANK

Mənfəətdə qalmağı bacardı - BANK HESABATI
28 İYUL
590

Mənfəətdə qalmağı bacardı - BANK HESABATI

2016-07-28 12:01:00

“AFB Bank” ASC 2016-cı ilin 2-ci rübünü 1 milyon 232  min manat xalis mənfəət ilə başa vurub.

Fins.az “Marja”-ya istinadən xəbər verir ki, aprel-iyun dövrünü əhatə edən 2-cü rübdə Bankın cəmi gəlirləri 7 milyon 480 min manat, o cümlədən faiz gəlirləri 4 milyon 291 min manat, qeyri-faiz gəlirləri 3 milyon 190 min manat təşkil edib.

Xərclər çıxıldıqdan sonra Bankın əməliyyat mənfəəti 4 milyon 494 min manat olub. Bu məbləğin 3 milyon 261,74 min manatı aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırılıb.

“AFB Bank” bu ilin 1-ci rünbündə 7 milyon 834 min manat cəmi gəlir əldə etmiş və 1 milyon 372 min manat xalis mənfəət açıqlamışdı.

 BANK KİÇİLİB

30 İyun 2016-cı il tarixinə Bankın cəmi aktivləri 304 milyon 418 min manat təşkil edib. Bu rəqəm 31 Mart 2016-cı il tarixində 373 milyon 641 min manat idi. Beləliklə, 2-ci rübdə Bankın aktivləri 69,2 milyon manat azalıb. Əsas səbəblər nağd vəsaitlərin, Mərkəzi Banka qarşı tələblərin və nostro hesablardakı vəsaitlərin azalmasıdır.  

Qeyd edək ki, “AFB Bank” ASC 31 Dekabr 2015-ci il tarixində 308 milyon 730 min manat cəmi aktivlərə malik idi. Bankın aktivləri ötən ilki devalvasiyalar ilə bağlı olaraq "şişmişdi".

İkinci rübdə Bankın müştərilərə verdiyi kreditlər 187 milyon 937 min manatdan 197 milyon 422 min manata yüksəlib.

İkinci rübdə Bankda depozitlər 175 milyon 444 min manatdan 108 milyon 909 min manata düşüb. Eyni dövrdə Bankın cəmi öhdəlikləri 293 milyon 557 min manatdan 222 milyon 923 min manata geriləyib.

Bank, 30 İyun 2016-cı il tarixində 81 milyon 495 min manat cəmi kapitala malik olub.

“AFB Bank”ın səhmlərinin 99,64%-i “Gilan” MMC-yə məxsusdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272