BANK

Bağlanan bankın apellyasiya şikayətinə baxılıb
13 İYUL
337

Bağlanan bankın apellyasiya şikayətinə baxılıb

2016-07-13 11:51:00

Bakı Apellyasiya Məhkəməsində lisenziyası ləğv edilən “Bank of Azerbaijan” Açıq Səhmdar Cəmiyyətinin (ASC) “Expressbank” ASC-yə qarşı məhkəmə qərarından verilən apellyasiya şikayətinə baxılıb.

Fins.az-ın "Report"-a istinadən məlumatına görə, hakim Valeh Ağayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, "Bank of Azerbaijan" ASC-nin apellyasiya şikayəti təmin edilməyib. Birinci instansiya məhkəməsinin çıxardığı qətnamə dəyişdirilmədən qüvvədə saxlanılıb.

Qeyd edək ki, “Expressbank” ASC lisenziyası ləğv edilən “Bank of Azerbaijan” ASC-ni məhkəməyə verib. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən “Expressbank” ASC borcun tutulması barədə tələb irəli sürüb. Məhkəmə iddianı təmin edib. Qərardan narazı qalan “Bank of Azerbaijan” ASC apellyasiya şikayəti verib.

Xatırladaq ki, bu ilin yanvar ayında Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiyinə, məcmu kapitalının adekvatlıq əmsalının 3%-dən az olduğuna, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmədiyinə görə “Bank of Azerbaijan” ASC-nin bank lisenziyası ləğv edilib. “Banklar haqqında” qanuna uyğun olaraq banka müvəqqəti inzibatçı təyin edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272