BANK

Əhali kredit kartlarından imtina edir – KƏSKİN AZALMA
11 İYUL
357

Əhali kredit kartlarından imtina edir – KƏSKİN AZALMA

2016-07-11 11:00:00

Azərbaycan vətəndaşları kredit kartlarından imtina etməkdədir. Fins.az-ın Azərbaycan Mərkəzi Bankına istinadən məlumatına görə, təkcə may ayında ölkə üzrə kredit kartlarının sayı daha 13 min azalaraq 775 mindən 742 minə düşüb. İlin əvvəlindən isə kredit kartlarının sayında azalma 268 min olub.

Ümummiilikdə Azərbaycanda kredit kartlarının sayı son 16 ayda az qala 2 dəfə azalıb. Belə ki, 2015-ci ilin yanvarında krelit kartlarının sayı 1 322 min olduğu halda indiyədək onların sayı 43,9% azalaraq 742 minə enib.

May ayında ödəniş kartlarının ümumi sayında da təqribən 3,5% azalma olub. Kartların sayı 5 milyon  441 mindən azalaraq 5 milyon 422 minə enib. 

Mayda sosial kartlar 4 min ədəd artaraq 2 478 minə, əmək haqqı kartları 38 min ədəd artaraq 1 529 minə çatıb, digər kateqoriyalı kartlar isə 58 min azalaraq 674 minə düşüb.

Ümumilikdə, 2015-ci ilin yanvarından indiyədək ölkə ödəniş kartlarının sayında 10% azalma müşahidə edilir. Belə ki, 2015-ci ilin yanvarın nəticələrinə görə, ölkədə 6 018 min ödəniş kartı vardısa, hazırda bü göstərici 5 422 mindir.

Bu dövrdə kredit kartları 580 min, digər kateqoriyalı kartlar 144 min ədəd azalıb. Sosial kartlar əmək haqqı kartları 37 min,  əmək haqqı kartları isə 91 min ədəd artıb.

Müxtəlif ödəniş kartlarınnı sayının dəyipşməsi (min ədəd)

Debet və kreditlərin sayı

2015-ci il Yanvar

2016-cı il May

Fərq rəqəmlə

Fərq faizlə

Ödəniş kartlarının ümumi sayı

6018

5422

-596

9,90%

Kredit kartlarının sayı

1322

742

-580

43,87%

Sosial kartlar

2441

2478

37

-1,52%

Əmək haqqı kartları

1438

1529

91

-6,33%

Digər kartlar

818

674

-144

17,60%

2015-2016-cı illərdə ölkə üzrə kredit kartlarının sayınnı dəyişməsi    

Dövr

Say (min ədəd)

2015

1

1 322

2

1 319

3

1 281

4

1 264

5

1 268

6

1 244

7

1 191

8

1 161

9

1 133

10

1 113

11

1 089

12

1 010

2016

 

1

809

2

792

3

780

4

755

5

742

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275