BANK

Banklar kreditəri necə sığortalayır?
05 İYUL
229

Banklar kreditəri necə sığortalayır?

2016-07-05 16:09:00

Banklar tərəfindən müxtəlif sığorta şirkətləri vasitəsi ilə kreditlərin sığortalanması çox önəmlidir. Çünki, kreditin geri qaytarıla bilmədiyi hallardan həm bank, həm də müştəri özünü sığortalamış olur. Düzdür, bu gün müştərilər götürdükləri kreditdən müəyyən haqq çıxılmasını istəmirlər, çünki bu hal ümumi kredit məbləğini aşağı salır. Lakin başa düşmək lazımdır ki, bu onların xeyrinədir. Belə ki, tutulan bir neçə faiz sığorta haqqı gələcəkdə hər hansı bədbəxt hadisə nəticəsində ödəmə qabiliyyətini itirən müştərini külli miqdarda kredit ödəmə məcburiyyətindən xilas edir.

Banklar kreditləri əsasən fərdi qəza sığortası və həyat sığortası üzrə sığortalayırlar. Sığorta hadisəsi baş verdikdə isə kredit götürmüş müştəri ödənilməli olan kredit borcundan azad olunur.

Fins.az xəbər verir ki, Banko.az bankların müştərilər tərəfindən götürülən kreditlərə görə sığorta təkliflərini araşdırıb. Aşağıdakı cədvəldən hansı bankların sığorta təklif etdiyini və onların sığorta haqlarını, hansı bankların isə ümumiyyətlə sığorta təklif etmədiklərini görə bilərsiz.

Qeyd edək ki, bütün məlumatlar banklarla əlaqə saxlanılaraq toplanmışdır.

"Hansı banklardan hal-hazırda kredit götürmək mümkündür?" sualına cavab axtarırsınızsa, buraya daxil olun.

Bankların sığorta göstəriciləri belədir:

BANK

KREDİT NÖVÜ

SIĞORTA NÖVÜ

SIĞORTA FAİZİ

 

AccessBank

 

Nağd Kredit

 

Fərdi qəza sığortası

Qarant sığorta 2-3%

Paşa sığorta

1.9-8.6%

Mikro Kredit

Sığortalanmır

-

AFB Bank

İstehlak krediti

Sığortalanmır

-

AG bank

Bütün kreditlərə

Fərdi qəza sığortası

5%-ə qədər

Amrahbank

İstehlak krediti

Fərdi qəza sığortası

Amrah sığorta

Yaş və əmək haqqına müvafiq olaraq

 2.5-4%

Qala sığorta

Yaş və əmək haqqına müvafiq olaraq

 0.84-5.6%

Atabank

Fərdi kreditlər

Fərdi qəza sığortası

0.51-5.98%

Azər Türk Bank

Biznes krediti

Girovun sığortalanması

0.3-0.6%

İstehlak krediti

Sığortalanmır

-

Bank of Baku

İstehlak krediti

Sığortalanmır

-

Bank Respublika 

İstehlak krediti

Sığortalanmır

-

Bank Silk Way

İstehlak krediti

Sığortalanmır

-

Bank Standard

İstehlak krediti

Sığortalanmır

-

Beynəlxalq Bank

Nağd pul krediti

Fərdi qəza sığortası

3-5%

CDB Bank

Nağd pul krediti

Həyat sığortası

26-30%

Biznes krediti

19-21%

Express bank

Nağd pul krediti

Təminatlı kreditlərdə girovun sığortası

Dollar-24%

AZN-27%

Rabitəbank

İstehlak krediti

Fərdi qəza sığortası

      1%

Turanbank

İstehlak krediti

Fərdi qəza sığortası (yaş və kredit məbləğinə görə)

 

29%

Unibank

Nağd pul krediti

Sığortalanmır

-

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275