BANK

«Bank Standard» işə düşdü –RƏSMİ AÇIQLAMA
04 İYUL
790

«Bank Standard» işə düşdü –RƏSMİ AÇIQLAMA

2016-07-04 10:24:00

Bu gündən etibarən «Bank Standard»da əmanətlərin ödənilməsi ilə bağlı məhdudiyyətlər aradan qaldırılıb. Fins.az-ın məluümatına görə, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) məlumat yayıb. Məlumatda deyilir ki, «Bank Standard»da aparılan sağlamlaşdırma işləri çərçivəsində bankın müştəriləri qarşısında maliyyə öhdəliklərini yerinə yetirməsi üçün zəruri vəsait ayrılıb: «Banka vəsaitlər sanator-bank olan “Azər-Türk Bank” ASC tərəfindən Mərkəzi Bankın maliyyə dəstəyi hesabına 1 illik kredit xətti formasında ayrılıb»-deyə məlumatda bildirilir.

Nəticədə artıq bu gündən, yəni 4 iyul 2016-cı il tarixdən etibarən “Bank Standard” KB-da əmanətlərin ödənişi üzrə mövcud moratoriumun vaxtının bitməsi ilə əlaqədar, müvafiq məhdudiyyətlər aradan qaldırılıb: «hüquqi və fiziki şəxslər artıq öz vəsaitlərindən istifadə edə bilərlər»-deyə məlumatda bildirilir.

Eləcə də bax: "Bank Standard" "Azər-Türk Bank"a tapşırıldı - RƏSMİ AÇIQLAMA

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271