BANK

Daha bir bank aktivlərini artırdı
21 İYUN
387

Daha bir bank aktivlərini artırdı

2016-06-21 09:34:00

Azərbaycanda mikro, kiçik və orta sahibkarlığa dayaq olan AccessBank 2015-ci il üzrə illik hesabatını açıqlayıb.

Fins.az “Marja”-ya istinadən xəbər verir ki, ötən il Bankın cəmi gəlirləri 189 milyon 536 min manat, o cümlədən faiz gəlirləri 175 milyon 71 min manat, qeyri-faiz gəlirləri isə 14 milyon 763 min manat təşkil edib.

2014-cü illə müqayisədə AccessBank-ın cəmi gəlirləri 4,9% artıb.

AccessBank ötən il 2 milyon 626 milyon manat xalis mənfəət əldə edib. 2014-cü ildə Bankın xalis mənfəəti 43 milyon 40 min manat təşkil etmişdi. Xalis mənfəətin aşağı düşməsinin səbəbi, Bankın gəlirinin 39 milyon 101 min manatının gələcəkdə ehtimal olunan zərər üçün ehtiyatlara ayrılmasıdır. İlkin müqavilə şərtlərinə əsasən nəzərdə tutlmuş bütün ödəmələri (kreditləri) toplaya bilməyəcəyinə obyektiv dəlillər mövcud olduqda, kredit riskləri üzrə ehtimal olunan zərərlər üçün ehtiyatlar yaradılır. Gələcəkdə hansısa kredit qaytarılmadıqda, həmin zərər ehtiyatlardan silinir. Burada məqsəd bankın maliyyə vəziyyətinin pozulmasına imkan verməməkdir. Ötən il Azərbaycan banklarının zərər açıqlamalarının və ya xalis mənfəətlərinin aşağı düşməsinin əsas səbəbi gəlirin böyük bir hissəsinin ehtiyatlara ayrılmasıdır.

AKTİVLƏRİ 10%-DƏN ÇOX ARTIB

31 Dekabr 2015-ci il tarixinə AccessBank-ın cəmi aktivləri 1 milyard 172 milyon 897 min manat təşkil edib. Bu, 2014-cü ilin sonu ilə müqayisədə 12,5% çoxdur. Ötən il Bankın kredit portfeli 9,1% artaraq 894 milyon 528 min manata qalxıb.

2014-cü ilin sonu ilə müqayisədə Bankın cəmi öhdəlikləri 128 milyon manat və ya 14,3% artaraq 1 milyard 24 milyon 862 min manata yüksəlib. Öhədliklərin artmasının əsas səbəbi Bankın xaricdən cəlb etdiyi kreditlərin yeni məzənnə ilə qiymətləndirilməsi nəticəsində yaranan artımdır. AccessBank manat ilə ifadədə daha çox borc geri qaytarmalıdır.

AccessBank Azərbaycanda kapitalı yüksək olan banklardan biri qalmaqda davam edir. 85 milyon manat  nizamnamə kapitalına malik olan bank, ötən ilin sonunda 148  milyon 35 min manat cəmi kapitala malik olub. 2015-ci ildə Bankın cəmi kapitalı xalis mənfəəti qədər və ya 1,8% artıb.

AccessBank-ın 2015-ci il üzrə maliyyə fəaliyyəti, nüfuzlu audit-məsləhət şirkəti “Ernst & Young” tərəfindən yoxlanılaraq müsbət rəy verilmişdir.

AccessBank-ın illik hesabatı ilə daha ətraflı buradan tanış ola bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272