BANK

"Texnikabank" törəmə müəssisələri də fondun nəzarətinə keçdi
14 İYUN
402

"Texnikabank" törəmə müəssisələri də fondun nəzarətinə keçdi

2016-06-14 13:03:00

Lisenziyası ləğv olunmuş "Texnikabank" ASC-nin törəmə müəssisələri bankın ləğvedicisi olan Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADİF) nəzarətinə keçib. 

Fins.az-ın "Report"a istinadən məlumatına görə, bu barədə açıqlamasında Fondun icraçı direktoru Azad Cavadov məlumat verib.

Onun sözlərinə görə, söhbət "Alfa Sığorta" ASC və "Kapital Menecment İnvestisiya Şirkəti" ASC-dən gedir: "Bu şirkətlərin səhmdarları 100% "Texnikabank" olduğu üçün Fond məhkəmə qərarı ilə həmin müəssisələrin sahibinə çevrilib. Onların rəhbərliyinin formalaşdırılması, illik maliyyə hesabatlarının təsdiq edilməsi səlahiyyəti ləğvedici kimi bizdədir".

Xatırladaq ki, "Texnikabank"ın lisenziyası bu il, fevralın 1-də Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə ləğv edilib. Qurum öz qərarını bankın məcmu kapitalın minimum məbləği ilə bağlı tələbə (50 mln. manat)əməl etməməsi, məcmu kapitalının adekvatlıq əmsalının 3%-dən az olması, reditorları qarşısında öhdəliklərini icra edə bilməməsi, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etməmısi ilə əlaqələndirib.

Bankın ləğvedicisi ilk öncə “M.M.M. Perfekt Konsaltinq” MMC olsa da, sonradan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ilə bu səlahiyyət ADİF-ə verilib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272