BANK

“AFB Bank” krediti kimlərə verir? - HESABAT
07 İYUN
376

“AFB Bank” krediti kimlərə verir? - HESABAT

2016-06-07 10:23:00

Səhmlərinin 99,64%-i “Gilan” MMC-yə məxsus olan “AFB Bank” müştərilərə verilən kreditlərin sektorlar üzrə bölgüsünü açıqlayıb.

Fins.az “Marja”-ya istinadən xəbər verir ki, 31 Dekabr 2015-ci il tarixinə Bankın kredit portfeli 184 milyon 329 min manat təşkil edib. Bu, 2014-cü ilin sonu ilə müqayisədə 10,3% azdır.

70 FAZİNİ ŞİRKƏTLƏRƏ VERİB

 “AFB Bank” kreditlərin 129 milyon 736 min manatını və ya 70%-ni hüquqi şəxslərə, 54 milyon 593 min manatını və ya 30%-ni  fiziki şəxslərə verib.

Hüquqi şəxslərə verilmiş kreditlərin, 91 milyon 769 min manatı istehsal və kənd təsərrüfatı sahəsinə, 25 milyon 43 min manatı pərakəndə və xidmət sektorlarına, 11 milyon 936 min manatı tikinti sektoruna, 968 min manatı digər sektorlara verilib.

TİKİNTİYƏ AYRILAN KREDİTLƏR KƏSKİN AZALIB

“AFB Bank”ın tikinti sektoruna verdiyi kreditlər, 2014-cü ilin sonu ilə müqayisədə 4 dəfə azalaraq 47,99 milyon manatdan 11,94 milyon manata düşüb.

İPOTEKA KREDİTLƏRİ ARTIB

Fiziki şəxslərə verilmiş kreditlərin 30 milyon 85 min manatını ipoteka kreditləri, 18 milyon 52 min manatını istehlak kreditləri, 6 milyon 456 min manatını fərdi sahibkarlara verilmiş kreditlər təşkil edib. Ötən il “AFB Bank”ın verdiyi ipoteka kreditləri 21 milyon 370 min manatdan 30 milyon 85 min manata yüksəlib.

“AFB Bank” 184 milyon 329 min manatlıq kredit portfelinin 16 milyon 452 min manatını kreditlərin dəyərsizləşməsi üzrə ehtiyatlar təşkil edib.

 XALİS MƏNFƏƏTİ AZALIB

Qeyd edək ki, “AFB Bank” ASC 2015-ci ili 2 milyon 19 min manat xalis mənfəət ilə başa vurub. Bank 2014-cü ildə 3 milyon 928 min manat xalis mənfəət əldə etmişdi.

31 Dekabr 2015-ci il tarixinə “AFB Bank”ın cəmi aktivləri 308 milyon 730 min manat, öhdəlikləri 232 milyon 364 min manat, cəmi kapitalı isə 76 milyon 366 min manat təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270