BANK

Bank nağdlaşdırma komissiyasını 0%-ə endirdi
03 İYUN
1404

Bank nağdlaşdırma komissiyasını 0%-ə endirdi

2016-06-03 17:41:00

«Expressbank» öz plastik kartları istifadəçiləri üçün yenilik edib. Bankdan fins.az-a verilən məlumata görə, bankın kartları ilə nağdlaşdırma zamanı debet kartları üzrə heç bir komissiya tutulmur. POS terminal vasitəsi ilə ödəniş etdikdə isə ödənilən məbləğin 0.3%-dən 20%-dək hissəsi yenidən müştərinin hesabına qayıdır.

Bundan başqa, bankdan bildirilib ki, «Expressbank»-ın plastik kartlarının sahiblərinin hesablarını artırmaq üçün banka gəlmələrinə ehtiyac yoxdur. «Ölkə üzrə 500-dək ExpressPay ödəniş terminalı və ya şəxsi kabinet vasitəsi ilə istənilən zaman hesabınızı artıra və hesabla bağlı digər əməliyyatları həyata keçirə bilərsiniz. Vəsait hesaba dərhal oturur və qəbz təqdim edilir»-deyə açıqlamada bildirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272