BANK

Hansı bankın kreditini - TERMİNALLA ÖDƏMƏK OLAR?
25 MAY
803

Hansı bankın kreditini - TERMİNALLA ÖDƏMƏK OLAR?

2016-05-25 13:01:00

Azərbaycanda ödənişlərin getdikcə daha böyük hissəsi ,  ödəniş terminalları ilə həyata keçirilir. Artıq terminallar vasitəsilə telefon, internet xidmətləri, kommunal və sair xərcləri ödəmək mümkündür. Son vaxtlar isə terminallar vasitəislə bank kreditlərini ödənilməsi aktuallaşıb. Xüsusilə gərgin trafik və vaxt qıtlığı şəraitində ödənişin terminallar vasitəsilə edilməsi ən əlverişli üsullardan biridir. Üstəlik, yalnış iş günləri saat 9-dan 6-dək işləyən bank ofislərindən fərqil olaraq terminallar hər gün 24 saat fəaliyyətdədir. Ona görə də, getdikcə daha çox bank ödənişləri terminallarla qəbul etməyə başlayıb.

Azərbaycanda ən çox yayılan ödəniş sistemləri aşağıdakılardır:

“MilliÖN” 

“MilliÖN” ölkəmizdə elektron ödəniş sistemləri bazarında qabaqcıl yerlərdən birini tutur. Şirkət 2008-ci ildə təsis edilib. Bu ödəniş sistemi vasitəsilə ölkənin əsas banklarından alınmış istehlak kreditlərini ödəmək mümkündür. Sistemdə Kredit müəssisələrinin siyahısı get-gedə artır. Hal-hazırda terminallarda bank kartları vasitəsilə ödəniş qəbulu sistemi işlənib hazırlanmaqdadır. Ən yaxın zamanda Yol patrul xidməti cərimələrini, həmçinin bütün dövlət təşkilatlarına ödəmələri terminal vasitəsilə həyata keçirmək mümkün olacaq.

“MilliÖN” terminalalrı ilə aşağıdakı bankların kredit borclarını ödəmək mümükündür.

Bank xidmətləri

 Unibank

 Səba Kredit

 Atabank

 Bank Respublika

 Azər Kredit

 BTB Bank

 Nikoil Bank

 Finca Azerbaijan

 AG Bank

 TBC Kredit

 Bank of Baku

 VTB Bank

 Kapital Bank

 Bank Standard

 Yapı Kredi Bank Azərbaycan

 AFB Bank

 Turanbank

 AccessBank

 Bank Avrasiya

 Dəmir Bank

 FlexiCredi

 Paşa Bank

 Embafinans

 

Bəs  “MilliÖN”-də necə kredit ödənişi etmək olar?

"MilliÖN" Ödəmə Nöqtələri vasitəsilə kredit ödənişlərinin həyata keçirilməsi ardıcıllığı aşağıdakı kimidir:

  •        Terminalın ekranından "Bank xidmətləri" bölməsi seçilir;
  •        Növbəti açılan pəncərədən "XXXX" (krediti aldığınız bankın adını seçirsiniz;
  •        Sonra Bank tərəfindən təqdim edilən "Kredit İD"-si iki dəfə daxil edilir;
  •        "Kredit İD"-si iki dəfə daxil edildikdən sonra müştərinin adı, soyadı və atasının adı ekranda çıxır;
  •       Ad və soyada əsasən kredit kodunun düz daxil edilməsinə əmin olduqdan sonra ödənilən məbləğ terminala daxil edilir;
  •        Terminaldan çıxan qəbz, ödənişi təsdiq edən sənəd sayılır və saxlanılması məqsədəuyğundur.
  •        “MilliÖN” sistemi insanlara həmçinin, sığorta xidmətləri, ödəmə kartları, elektron pul kisəsi, totalizator, ağıllı alış-veriş, TQDK xidmətləri və səyahət kimi xidmətlərin ödənişini etmək imkanını verir

Şirkətin 24/7 Dəstək xidməti: *0010 

"MilliÖn" ödəniş terminalnda kreditin valyutasından asılı olaraq ödənişi manat və dollarla edə bilərsiniz.

“eManat”

Digər əsas ödəniş sistemi isə “eManat”dır. Şirkət 2013-cü ilin martında eManat köşkləri ilə nağd ödəniş bazarına daxil olub.

 Bu sistemin köməkliyi ilə aşağıdakı bankların kredit ödənişlərini edə bilərsiniz.

 

Bank xidmətləri

 

 Unibank

 Nikoil Bank

 Turanbank

 Bank of Baku

 Bank BTB

 NBC Bank

 Rabitəbank

 Yapı Kredi Bank Azərbaycan

 Molbulak BOKT

 Finca Azerbaijan

 VTB Bank

 Parabank

“ İnkşaf üçün Maliyyə” BOKT

 Merkuri BOKT

 BOKT Qafqaz-Kredit

 Embafinans

 AmrahBank

 

 Bank Respublika

 Muğanbank

 

Ödənişlər ilə əlaqədar sual yaranarsa, eManat müştəri xidmətlərinə (012) 404 48 88 müraciət edə bilərsiniz.

eManat terminalı yalnız manat qəbul edir, lakin sizin hesabınızın USD və ya AZN olmasını göstərir. Kredit dollarlardırsa, yenə də manatla ödəniş edilir. Bank tərəfindən təqdim edilən məzənnə ilə də konvertasiya edilir.

Expresspay-

Expresspay Express Bankın təqdim etdiyi ən gənc ödəniş terminalıdır. 2014-cü ilin may ayından istifadəyə verilib. Respublika ərazisində terminalların cəmi sayı 350-dən artıqdır. Expresspay terminallarında Nikoilbank və Embafinansın kredit ödənişlərini həyata keçmək mümkündür. Expresspayin rəsmi internet səhifəsi də mövcuddur. 

 

Bank xidmətləri

 

 Express Bank

 Nikoil Bank

 Embafinans

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270