BANK

Bankı bağlanan azərbaycanlı iş adamı futbol klubunu da itirdi
24 MAY
701

Bankı bağlanan azərbaycanlı iş adamı futbol klubunu da itirdi

2016-05-24 10:22:00

Paris kommersiya məhkəməsinin mayın 23-də verdiyi qərara əsasən, Fransanın əvvəllər azərbaycanlı iş adamı Hafiz Məmmədova məxsus olan "Lans" futbol klubu yeni sahibini tapıb. Fins.az xəbər verir ki, gözlənildiyi kimi, komandanın yeni sahibləri arxasında Madridin "Atletiko" klubunun nümayəndələri İqnasio Aquillo (Madrid klubunun İdarə Heyətinin üzvü) və Migel Anhel Hil ("Atletiko"nun baş direktoru) duran Lüksemburqun "Solferino" şirkəti, həmçinin təsisçiləri erməni əsilli livanlı Jozeüf-Mari Oqurlyan və fransalı Jil Fretinye olan Britaniyanın "AmberCapital" investisiya şirkəti olublar. 

Məhkəmənin bu qərarına etiraz edəcəyini bildirən Hafiz Məmmədov aretıq Fransaya vəkillərini göndərdiyini bildirib. "Mən hələ "RCL Holdinq"in müflis elan edilməsi ilə bağlı sənədləri almamışam. Məhkəmənin 4 may tarixli qərarı da mənə göndərilməyib", - H.Məmmədov deyib. 

Xatırladaq ki, Hafiz Məmmədovun "RCL Holdinq" şirkəti mayın 4-də hesabında 5735 avro ilə Fransada müflis elan edilib. Bu ilin əvvəlində isə Hafiz Məmmədova məxsus “Bank of Azerbaijan”ın lisenziyası Azərbaycan Mərkəzi Bankı tərəfindən ləğv olunub.   

Mənbə: Virtualaz.org

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275