BANK

Kreditlər yeni qaydada veriləcək
18 MAY
1977

Kreditlər yeni qaydada veriləcək

2016-05-18 08:24:00

Maliyyə Bazarlarına Nəzarət Palatasının qəbul etdiyi qərara uyğun olaraq Azərbaycanda istehlak kreditləri yeni qaydalarla veriləcək. Fins.az xəbər verir ki, bundan sonra kreditinb maksimum məbləği müəyyən edilərkən vətəndaşın aylıq borc yükünün onun gəlirlərinə nisbəti hesablanacaq.

Eləcə də bax: Zaminlikdən necə imtina etmək olar? - ARAŞDIRMA

Yenı hesablama metodologiyasına görə, ilk olaraq borc alanın hazırda digər banklara borcunun olub-olmadığı araşdırılır. Tutaq ki, bu borc aylıq 200 manat təşkil edir. Bu rəqəmin üstünə vətəndaşın hazırda kredit almaq istədiyi məbləğin aylıq ödənişi də əlavə olunur. Misal üçün, 250 manat. Alınan rəqəm, yəni 400 manat vətəndaşın aylıq maaşına, məsələn 1000 manata bölünür və vurulur 100 faizə. Nəticədə məlum olur ki, vətəndaşın aylıq borc yükü onun gəlirlərinə nisbətdə 45 faiz təşkil edir.

Eləcə də bax: İnsanlar devalvasiyadan sonra nəyə görə kredit götürür? - ARAŞDIRMA

Bundan əlavə, borcalanın gəlirləri və borc yükü arasında fərq ölkə üzrə yaşayış minimumu göstəricisindən artıq olduqda həmin kredit qənaətbəxş aktiv kimi təsnifləndirilməlidir. Yəni, vətəndaşın maaşından aylıq kreditlərin ödənilməsi üçün müəyyən edilmiş məbləğ çıxılır, məsələn, 1000-dən 450 çıxılır, yerdə qalır 550 manat. Bu, ölkədə 136 manat səviyyəsində müəyyənləşdirilmiş yaşayış minimumundan çox olduğundan həmin vətəndaşa kredit ayrıla bilər.

Mənbə: "Qafqazinfo"

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271