BANK

Azərbaycan bankları problemlərlə üzləşirlər - FITCH
13 MAY
506

Azərbaycan bankları problemlərlə üzləşirlər - FITCH

2016-05-13 10:04:00

Azərbaycan bankları, hansı ki, yüksək səviyyədə dollarlaşıblar, milli valyutanan devalvasiyasından ciddi zərər görüblər. Fins.az-ın məlumatına görə, bu barədə Fitch beynəlxalq reytinq agentliyinin "Dollarisation in CIS/Georgian Banking Sectors" (MDB və Gürcüstan bank sektorunda dollarlaşma) adlı hesabatında bildirilir .

Hesabatda deyilir ki, «MDB və Gürcstanın yüksək səviyyədə dollarlaşmış bankları milli valyutaların əhəmiyyətli dərəcədə dəyərsizəşməsindən zərərə düşüblər. Ən ciddi zərərlə Azərbaycan və Ukrayna bankları üzləşiblər, hansı ki, normativ dəstək almayıblar. Qazaxıstan, Rusiya və Belarus bankları isə dövlət dəstəyi tədbirləri nəticəsində qismən qorunublar. Gürcüstan və Ermənistan bankları isə məzənnə dəyişikliklərindən az dərər çəkiblər».

Agentliyin qiymətləndirmələrinə görə, adı çəkilən regionun bankları kredit və depozit əməliyyatlarında xarici valyutadan aktiv istifadə edirlər. "Ermənistan, Gürcüstan və Belarus banklarında dollar kreditlərinin payı yüksəkdir (57-66%), Azərbaycan, Gürcüstan, Qazaxıstan və Belarus banklar ında isə xarici valyutada depozitlər yüksək (60%-dən artıq) paya malik idi».

Agentlik bildirir ki, xarici valyutada pərakəndə kreditlər də Azərbaycan, Ukrayna, Gürcüstan və Erməenistanda böyük yer tutub. Agentliyini məlumatlarına görə, Azərbaycanda bəzi banklar qısa açıq pozisiyalar və hec əməliyyatları üzrə məhdudiyyətlər səbəbindən böyük valyuta itkilərilə üzləşiblər.

Dollarlaşma səviyyəsinin yüksək olması işləməyən kreditlərin (NPL) həcminin martmasına və bankların kapital adekvatlığı problemlərinin yaranmasına səbəb olub. Fitchin məlumatlarına görə, 2016-cı ilin sonuna regionda ümumi kreditlərdə NPL-nin payı 10%-ə çatacaq.

«Regiondakı iqtisadi tənəzzül, hansı ki, əsasən xammal materiallarının ucuzlaşması səbəbindən baş verib, bankların kapitallaşdırılmasının genişlənməsi ilə bağlı problemlər yaradıb. Kapitala ən böyük təzyiq Azərbaycanın, Ukraynanın və Qazaxıstanın bank sektorunda hiss olunur»-deyə icmalda bildirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274