BANK

Təmassız kartlarla nə etmək olar? - İZAHAT
27 APREL
317

Təmassız kartlarla nə etmək olar? - İZAHAT

2016-04-27 16:46:00

Azərbaycanda təmassız kartlardan istifadə genişlənməkdədir. Fins.az-ın məlumatına görə, bu növ kartları buraxan bankların sayı getdikcə artır. Hazırda “Azərbaycan Beynəlxalq Bankı”, “Kapital Bank”, “Dəmirbank” və digər banklar müştəriləri üçün təmassız kartlar təklif edirlər.

20 manata qədər rahat ödəniş

Təmassız kartların adi kartlardan ən mühüm fərqi onlarla PİN KOD-suz ödəmə imkanıdır. Belə ki, 20 manatadək ödənişlər zamanı belə kartlarla ödəniş etdikdə PİN KOD tələb edilmir. Ödəniləcək məbləğ 20 manatı keçirsə, onda hökmən kartın PİN KOD-unu daxil etmək tələb olunur. 

Balansı artırmaq üsulları

Təmassız kartlara pulu bir neçə usülla qoymaq olar. Bunlardan biri əlbəttə ki, bankın özünə – filialına yaxınlaşmaqdır. Digər variant banklara məxsus “Cash in” (yəni nağd pulun daxil edildiyi) bankomatlarıdır. Kart sahibi “Cash in” bankomatına yaxınlaşaraq kartın nömrəsini daxil etməklə karta pul qoya bilər. Amma belə bankomatlar çox deyil. Ona görə də, ən rahat üsul bu karta başqa kartdan pul göndərməkdir. Bunun üçün həmin kartın məxsus olduğu “İnternet Bankinq” xidmətindən və yaxud istənilən bankomatdakı “Card to Card” funksiyasından yararlanmaq olar.

Köçürmə xərci nə qədərdir 

Məsələn, “Kapital Bank”da bir kartdan başqa karta pul köçürülməsi üçün xidmət haqqı məbləğin 0,1%-i qədər, minimum 50 qəpikdir. “Azərbaycan Beynəlxalq Bankı”da isə “Card to Card” xidməti üzrə ödənilməli məbləğ kartın hansı banka məxsus olmasından asılıdır. Əgər ABB-nin adi kartından ABB-nin təmassız kartında pul köçürülürsə, məbləğin 0,15%-i qədər, minimum 0,6 dollar, başqa bankın adi kartından ABB-nin təmassız kartına pul köçürülürsə məbləğim 0,8%-i qədər xidmət haqqı tutulur.

Fərqli qiymətlər 

Azərbaycan banklarında təmassız kartların satış qiymətlər də fərqlidir. Məsələn, “Kapital Bank”ın dövriyyəyə buraxdığı təmassız kartların qiyməti 20 manatdan 600 manata qədər dəyişir. Konkret qiymət kartın növündən və istifadə müddətindən asılıdır. Bank bu kartları müştərilərə şəxsi kart kimi satılır. Yəni, onların əmək haqqı, pensiya, təqaüd və müavinət kartlarına heç bir aidiyyəti yoxdur. 

 

 

 

Təmassız kartın növü

 

Kartın qiyməti

(manatla)

1 illik

2 illik

3 illik

1

Visa Classic

20

30

40

2

Visa Gold

40

60

80

3

Visa Platinium

50

80

100

4

Visa Infiniti

300

500

600

“Azərbaycan Beynəlxalq Bankı”nda isə istənilən növ kartın təmassız formasını əldə etmək mümkündür. Yəni, bank ayrıca təmassız kart da satır, sosial təyinatlı kartların özünü də təmassız karta çevirir. Amma bunun üçün banka 20 dollar depozit ödəmək lazımdır. Kartın istifadə müddəti başa çatdıqdan sonra həmin məbləğ müştəriyə geri qaytarılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272