BANK

Kredit sahibi vəfat edərsə nə olar?
22 APREL
547

Kredit sahibi vəfat edərsə nə olar?

2016-04-22 21:16:00

Məlum olduğu kimi bank tərəfindən verilmiş kredit müəyyən müddətə verilir. Bəs bu müddət ərzində kredit götürən şəxs vəfat edərsə, kreditin taleyi nə olacaq? Fins.az-ın "Banco.az"a istinadən məlumatına görə, ekspert Xəyal Məmmədxanlı bildirdi ki, "Kredit alan şəxs kredit müddəti ərzində vəfat edərsə, ilk növbədə vəfat edən şəxsin kredit alan zaman təqdim etdiyi təminatlara (əgər varsa) baxılır. Əgər təminat yoxdursa və ya ödəmə qabiliyyətinə malik deyilsə, həmin kreditin ödənilməsində kredit sahibinin hüquqi (qanuni) varisləri varsa, onlar cavabdeh olurlar. Daha sonra varislərlə kreditor arasında yenidən danışıqlar aparılır, danışıqlar nəticəsində məsələ həllini tapmazsa, iddia tələbi varislərə, o cümlədən vərəsəlik yolu ilə ötürülmüş əmlaklara yönəldilə bilər."

X.Məmmədxanlı eyni zamanda qeyd etdi ki, "Dünyanın bir sıra ölkələrində nağd kreditləşmə, xüsusilə də istehlak kreditləşməsi zamanı kredit alan şəxslərin həyat və əmək qabiliyyətinin sığortalanması məcburi həyata keçirilir. Azərbaycanda isə bu proses daha çox bankların tələbinə və istəyinə əsasən həyata keçirilir. Yəni, yalnız banklar müştərilərdən tələb etdikləri zaman kredit alan sığorta müqaviləsi bağlayır. 

Əgər kredit alan şəxs həyat sığortası müqaviləsinin qüvvədə olduğu müddət ərzində vəfat edərsə, bu zaman sığorta ödənişi həmin kreditin bağlanması üçün istifadə edilə bilər. Əgər, kredit borcu ödənildikdən sonra artıq məbləğ qalırsa, bu məbləğ vəfat edən sığortalının ailə üzvlərinə ödənilir. Lakin, unutmaq lazım deyil ki, sığorta ödənişinin kredit borcunun ödənilməsi məqsədilə banka ödənilə bilməsi üçün bankın adının sığorta müqaviləsində faydalanan şəxs qismində qeyd edilməsi şərtdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271