BANK

“Muğanbank” mənfəətə çıxdı – YARIM MİLYON MANAT
20 APREL
266

“Muğanbank” mənfəətə çıxdı – YARIM MİLYON MANAT

2016-04-20 14:49:00

Bu ilin 1-ci rübünün yekununa görə, “Muğanbank”ın cəmi aktivləri 557,3 milyon manat təşkil edib. Fins.az-ın bankın maliyyə istinadən məlumatına görə, bu, 2015-ci ilin 1-ci rübünün yekunu ilə müqayisədə 26% çoxdur. Son 1 ildə bankın cəmi öhdəlikləri 25,2% artaraq 499,1 milyon manat, cəmi kapitalı isə 33,3% artaraq 58,2 milyon manat olub.

3 ayın yekununda “Muğanbank”ın kredit portfeli 353,7 milyon manat təşkil edib. Bu da 1 il əvvələ nisbətən 7,3% çoxdur. Bankın depozit portfeli isə 51,3% artaraq 278,3 milyon manata çatıb.

Hesabat dövründə “Muğanbank”ın faiz gəlirləri 18% artaraq 16,9 milyon manat, faiz xərcləri 37,3% artaraq 8,4 milyon manat, qeyri-faiz gəlirləri 57,7% azalaraq 3,7 milyon manat, qeyri-faiz xərcləri 7 dəfə azalaraq 1,9 milyon manat təşkil edib. Bank kreditlər üzrə ehtiyatların yaradılmasına 3,3 milyon manat, işçi heyətinin saxlanmasına 3,1 milyon manat, inzibati işlərə 3,3 milyon manat vəxait ayırıb. Beləliklə, “Muğanbank” 2016-cı ilin 1-ci rübünü 507 min manat xalis mənfəətlə başa vurub. Xatirladaq ki, bank 2015-ci ilin 1-ci rübündən 8,6 milyon manat ziyanla çıxmışdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274