BANK

Maliyyə sistemində yeni orqan yaradılır – YENİ QƏRAR
13 APREL
1091

Maliyyə sistemində yeni orqan yaradılır – YENİ QƏRAR

2016-04-13 22:25:00

Azərbaycanan maliyyə sistemində koordinasiya olunmuş siyasətin həyata keçirilməsi məqsədilə məşvərətçi orqan yaradılacaq. Fins.az-ın məlumatına görə, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP) bildirilib. Məlumatda deyilir ki, aprelin 12-də MBNP-nın Direktorlar Şurasının iclası keçirilib.

İclasın gündəliyinə maliyyə bazarlarının mövcud vəziyyəti, gələcəkdə yarana biləcək təhdidlər və bank sektorunun maliyyə dayanıqlığı, eləcə də yaxın və orta perspektivdə atılacaq addımlar daxil edilib.

İclasın davamında Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən xarici valyutada verilən istehlak kreditlərinə dair tətbiq edilmiş məhdudiyyətlə bağlı bazarın təhlili müzakirə edildi, makroprudensial siyasət çərçivəsinin müəyyən edilməsi istiqamətində tapşırıqlar verildi.

Sonda maliyyə sistemində koordinasiya olunmuş siyasətin həyata keçirilməsi məqsədilə məşvərətçi orqan olaraq Maliyyə Sabitliyi Şurasının yaradılması ilə bağlı görülmüş işlər müzakirə edilib və gələcək tədbirlərə dair qərar qəbul edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275