AVTO

Köhnə Ferrariləri çöldə baxımsız aşkar edilib
16 MAY
291

Köhnə Ferrariləri çöldə baxımsız aşkar edilib

2019-05-16 15:14:00

Ferrari avtomobilinə sahib olmaq bir çoxlarının həyata keçməyən arzusudur.

Fins.az-ın məlumatına görə, bütöv bir kolleksiyaya malik olmaq isə, böyük xoşbəxtlik kimi qiymətləndirilə bilər. İndi isə, çöllükdə sahibsiz qalmış 13 ədəd Ferrari sportkarlarından ibarət kolleksiyanı təsəvvür edin. Silodrome saytı məhz belə bir hadisənin şahidi olub. Vaxtı ilə müvəffəqiyyət qarazanmış vəkilə məxsus olan bu kolleksiya, bu gün çöllükdə baxımsız halda qalıb. Əvvəlcə kolleksiya sahibi Corvette modellərini toplayırmış. Sonrada o, Avropa mənşəli avtomobilləri toplamaq qərarına gəlib və 13 ədəd Ferrari avtomobilini yığıb. Bu avtomobillərin arasında Testarossa, 308 Quattrovalvole, 400i, 328, 348 və Mondial modelləri olub.

2011-ci ildə vəkilin orqanizmində ciddi xəstəlik aşkar edilib. Bu səbəbdən də o dostundan avtomobilləri qorunan ödənişli anqarda yerləşdirməyi xahiş edib. Səhhətinin pisləşməsi ilə əlaqədar bir neçə ödənişi gecikdirən vəkilin avtomobilləri anqardan çıxarılaraq çölə atılıblar. Hətta, ödəniş alındıqdan sonra avtomobilləri anqara geri qaytarmayıblar. Məhkəmə davam etdiyi müddətdə avtomobillər çöldə qalıb. Hazırda vəkilin varisləri avtomobilləri geri alıblar. Bu müddət ərzində 13 avtomobildən iki yoxa çıxıb. Qalan avtomobilləri isə bərpa edib satmaq planlaşdırılır. autograph

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır