AVTO

"Lorinser" klassik Puch G modelini bərpa edib
13 FEVRAL
175

"Lorinser" klassik Puch G modelini bərpa edib

2019-02-13 11:04:00

"Lorinser" atelyesinin klassik avtomobillərin bərpası ilə məşğul olan bölümü 1993-cü ilin G-Class avtomobilini bərpa edib. Fins.az xəbər verir ki, İsveçrə ordusunda xidmət keçmiş ofrouder hazırda şirkət tərəfindən satışa çıxarılıb. Vaxt; ilə Puch markası altında buraxılmış G modeli dwnyan;n bir sıra ölkələrinə (Avropa və Afrika) ixrac edilib. Puch G modelinin buraxılış sayı Mercedes-Benz G-Class modelinin ümumi buraxılış həcminin 10 faizi qədər olub. Şəxsi heyətin daşınması üçün nəzərdə tutulmuş ofrouder uzun bazaya malikdir. Avtomobilin kuzovunda hər birində altı nəfər yerləşən iki oturacaq vardır. Avtomobilin salonu və damı qırmızı rəngli dəridən örtüyə malikdir. Təmirdən çıxmış Puch G modelinin kuzovu qara rəngə boyanıb. Ofrouder bucurqadı olan ön bamper, işıqdiodalrından fənərlər, BF Goodrich şinləri olan 16 düymlük təkər diskləri ilə təchiz edilib. Ofrouderin kapotunun altında 116 at qüvvəsi hasil edən 2,3-litrlik dörd silindrli mühərrik yerləşir. Güc aqreqatı dörd pilləli avtomatik ötürmələr qutusu ilə tandemdə çalışır. Avtomobil almaq üçün 39500 avro tələb olunur. Xatırladaq ki, yeni Mercedes-Benz G-Class Almaniyada 107000 avrodan başlayan qiymətlər ilə təklif edilir.

© Autograph

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9008
  • ₽ RUB
    0.0262