AVTO

Toyotadan yenilik
04 YANVAR
155

Toyotadan yenilik

2019-01-04 14:57:00

Komponentlərin tədarükçüsü olan Toyota Boshoku şirkəti Las Veqasda keçiriləcək istehlak elektronikasının sərgisində (CES) dördüncü və beşinci səviyyə avtonom sistemi ilə təchiz edilmiş pilotsuz nəqliyyat vasitələrinin daxili məkanının təşkili barədə baxışını nümayiş etdirəcəkdir. Fins.az xəbər verir ki, bu texnologiyaların arasında hər bir sərnişinin ətrafındakı temperatura nəzarət edən klimat-kontrol, oturuşdan və bədən quruluşundan asılı olaraq oturacaqları avtomatik tənzimlənməsi sistemi vardır. Toyota Boshoku tərəfindən təqdim edilən konsepsiya Active Comfort Engaging Space (ACES) adlanır. Mahiyyətcə, bu sistem sərnişinlərin fiziki və emosional vəziyyətinə nəzarət edərək, işıq, səs, musiqi, temperatur, qoxu və ya vizual kontentin köməyi ilə insanın hissyat orqanlarına təsir göstərəcək texnologiyaların cəmidir. Məsələn, ACES sistemində oturacaqlar və təhlükəsizlik kəmərləri gözün vəziyyəti, poza və bədən quruluşundan asılı olaraq avtomatik olaraq tənzimlənir. Hər bir sərnişin ətrafındakı temperatur daim nəzarət edilir, əgər sərnişinlərin birinə soyuq olarsa, havalandırma sistemi gərək olan zonada havanı isidəcəkdir. Ətraf işıqlandırmasının, həmçinin ətrafa səpilən ətir səmanın rəngindən, hərəkət sürətindən, sərnişinin səs tembrindən və onun ürək döyüntülərinin tezliyindən asılı olur. İkinci konsept MOOX adlanır ki, bu da mobil ofis və əyləncə yeri olacaq çevik fərdi məkandır. Bunun üçün şüşə panelləri monitorlara və virtual reallığa çevirəcək səsin tanınması sistemi istifadə olunacaqdır.

© Autograph

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9369
  • ₽ RUB
    0.0256