AVTO

Tesla Model 3 elektrokarına yeni rəqib gəlir
26 DEKABR 2018
371

Tesla Model 3 elektrokarına yeni rəqib gəlir

2018-12-26 17:46:00

Geely şirkəti yeni elektromobilin tizerini dərc edərək, onun adlandırılması üçün müsabiqə elan edib. Fins.az xəbər verir ki, bu müsabiqədə yalnız Çində yaşayan şəxslər iştirak edə bilər. Hələlik isə, elektrokar zavoddaxili GE11 indeksini daşıyır. Əslində avtomobilin cəsus təsvirləri İnternet şəbəkəsində gəzib-dolaşmaqdadırlar. Çin KİV-ləri bu avtomobili Tesla Model 3 elektrokarının rəqibi kimi səciyyələndirirlər.

Qeyd etmək lazımdır ki, iki rəqib arasında müəyyən oxşarlıq da vardır. Məsələn, gizlənən qapı dəstəkləri və bağlı radiator barmaqlığı. Elektromobilin uzunluğu 4736 millimetr, təkər bazasının uzunluğu isə 2700 millimetr təşkil edir. Eelektrokar 177 at qüvvəsi hasil edən elektomotorla hərəkətə gələcəkdir. Onun maksimal sürəti isə 150 km/saatdır.  

© Autograph

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0256