AVTO

Jeep Wrangler krəş-testlərdən 1 ulduz ilə çıxıb
06 DEKABR
169

Jeep Wrangler krəş-testlərdən 1 ulduz ilə çıxıb

2018-12-06 10:53:00

Yeni Jeep Wrangler modeli gözlənilmədən Euro NCAP müstəqil krəş-testlərindən 1 xal alıb. Buna baxmayaraq, "Renqler" Fiat Panda hetçbekindən daha yaxşı nəticələr əldə edib.

Fins.az xəbər verir ki, Euro NCAP təşkilatı bu ay doqquz avtomobilin krəş-testlərini keçirib. Müstəqil təşkilatın keçiridiyi sınaqlarda  Audi Q3, BMW X5, Hyundai Santa Fe, Jaguar I-Pace, Peugeot 508, Volvo V60 və S60 modelləri iştirak ediblər. Bütün bu modellər gözlənildiyi kimi 5 ulduzlu reytinq alıblar, amma Jeep Wrangler və Fiat Panda hər kəsi təəccübləndirib.

İlk gözlənilməyən yeni Jeep Wrangler modelinin 1 ulduz almasıdır. Bunun əsas səbəbi müasir aktiv təhlükəsizlik sistemlərinin olmamasıdır. Ofrouder yalnız kəmərlərin taxılmadığı haqqında xəbərdarlıq sistemi və sadə sürət məhdudlaşdırıcısı ilə təchiz edilir. Ön və yan hava yastıqları isə testə elə də vacib rol oynamayıblar. 

Fiat Panda hetçbeki ilə vəziyyət bundan da bərbaddır. Hetçbek Euro NCAP təşkilatının tarixində 0 ulduz reytinqinə sahib olmuş ikinci avtomobildir. Yeri gəlmişəkən bu testlərdən sıfırla ayrılan digər model 2017-ci ildə Fiat Punto olub. Hetçbekə qarşı sürülmüş iradların əsas səbəbi yenə də kəmərlərin taxılmaması barədə xəbərdarlıq sistemindən savayı digər aktiv təhlükəsizlik sistemlərinin quraşdırılmamasıdır. 

Qalan avtomobillərdə 5 ulduz olsa da, onların da nəticələri ideal deyildir. Məsələn, panoram tavanlı Hyundai Santa Fe modelində yan hava yastıqlarının cırılması təhlükəsi vardır.BMW X5 modelində isə diz hava yastığının düzgün işə düşməsində problem yaşanıb. Autograp

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256