AVTO

"Nissan" rəhbərinin həbsindən sonra ""Renault" ilə ittifaqı yenidən keçirəcək
26 NOYABR
97

"Nissan" rəhbərinin həbsindən sonra ""Renault" ilə ittifaqı yenidən keçirəcək

2018-11-26 15:06:00

"Nissan" konserni sabiq rəhbəri Karlos Qonun həbsindən sonra Fransanın avtomobil istehsalçısı "Renault" ilə alyansı yenidən nəzərdən keçirə bilər.

Fins.az"Kyodo"ya istinadən xəbər verir ki, bu barədə əməkdaşlarla iclasda Yaponiyanın nəhəng avtomobil konserninin baş direktoru Hiroto Saikava bildirib.

Qeyd olunur ki, Saikava iclasda "Nissan" ilə "Renault" arasındakı münasibətləri "qeyri-bərabər" adlanıdırıb.

Əlavə edək ki, "Renault" "Nissan" şirkətinin səhmlərinin 43,4%-nə sahibdirsə, Yaponiya şirkətinin Fransa müəssisəsindəki pay faizi cəmi 15-dir, üstəlik, "Nissan"ın səsvermə hüququ yoxdur.

Daha əvvəl "Nissan" şirkətinin Karlos Qonu direktorlar şurasının sədri, eləcə də direktor-nümayəndə vəzifəsindən uzaqlaşdırdığı bildirilib. Bu qərar Qonun maliyyə fırıldaqçılığında şübhəli bilinərək həbs edilməsi fonunda qəbul edilib. İstintaq top-meneceri vergidən yayınmaq üçün vergi bəyannamələrində maaşının miqdarını qəsdən aşağı göstərməkdə şübhəli bilir. Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9424
  • ₽ RUB
    0.0256