AVTO

Kredit problemi olan avtomibillər satışa çıxarıldı
26 NOYABR
1475

Kredit problemi olan avtomibillər satışa çıxarıldı

2018-11-26 10:48:00

İflas prosesində olan “Vijn Fond Azərkredit” MMC bank olmayan kredit təşkilarına (BOKT) məxsus 20 ədəd işlənmiş minik avtomobillərinin topdansatışı həyata keçiriləcək.

Fins.az xəbər veirr ki, bu barədə BOKT-un əmlak inzibatçısı bildirib. Məlumatda deyilir ki, maşınların siyahısı, eləcə də satış qaydaları və satışda iştirak etmək üçün ərizə forması http://www.azercredit.az/az/sale linkindən əldə edilə bilər. 

Müraciətlər noyabrın 29-na qədər “Vijn Fond Azərkredit”in Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov və Səməd Vurğun küçələrinin kəsişməsində (“World Business Center” iş mərkəzi, 3-cü mərtəbə) yerləşən ofisinə təqdim edilə bilər və yaxud [email protected] е-poçt ünvanına göndərilə bilər.

Satış dekabrın 5-də qeyd edilən ünvanda olacaq. Satışa çıxarılan avtomomobillərin siyahısı: http://www.azercredit.az/files/sale/Minik

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9335
  • ₽ RUB
    0.0255