AVTO

Azərbaycanda istehsal olunan avtomobillər Rusiya və Gürcüstan bazarlarına çıxır
19 OKTYABR
275

Azərbaycanda istehsal olunan avtomobillər Rusiya və Gürcüstan bazarlarına çıxır

2018-10-19 14:15:00

Neftçala Sənaye Məhəlləsində istehsal olunan “Khazar SD” markalı minik avtomobillərinin Rusiya və Gürcüstan bazarlarına çıxarılması ilə bağlı danışıqlar aparılır, bu bazarların imkanları araşdırılır.

Fins.az xəbər verr ki, bu barədə “Report”a açıqlamasında iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov bildirib. Onun sözlərinə görə, zavodun açılmasında məqsəd daxili tələbatın ödənilməsi ilə yanaşı, həm də Azərbaycandan ixracdır. "Bu yaxınlarda Rusiyanın paytaxtı Moskvada keçirilmiş sərgidə "Azərmaş” ASC və "İran Khodro” şirkətinin birgə istehsal etdiyi həmin avtomobillər nümayiş etdirildi. Bu, xarici tərəfdaşlar üçün gözlənilməz oldu. “Khazar SD” avtomobilləri ölkədə sənayenin inkişafı ilə bağlı görülən işlərin məntiqi nəticəsidir və onların Rusiya və Gürcüstan bazarlarında satışı imkanları araşdırılır, danışıqlar gedir”, - nazir müavini qeyd edib. Qeyd edək ki, Neftçaladakı Avtomobil Zavodunun məhsullarının fərdi şəxslərlə yanaşı, Azərbaycanın dövlət qurumları da alır. Bir qədər əvvəl Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondu 22 ədəd “Khazar SD” markalı minik avtomobili alıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9190
  • ₽ RUB
    0.0250