AVTO

11700 manat ilkin ödənişlə bu avtomobili almaq olacaq
30 İYUL
737

11700 manat ilkin ödənişlə bu avtomobili almaq olacaq

2018-07-30 10:10:00

Volkswagen Bakı Mərkəzi Yeni “Kredit Kampaniyası”na başlayıb. Fins.az xəbər verir ki, kampaniya çərçivəsində Volkswagen Passat modellərinə minimal həddə ilkin ödəniş və rəsmiləşdirilmə zamanı edilən bütün əlavə ödənişləri hədiyyə olaraq müştərilərə təqdim edir. 

Volkswagen Passat 53.900 AZN-dən başlayan qiymətlərlə müştərilərə təqdim edilir. 11700 AZN ilkin ödənişlə 2018-ci il Volkswagen Passat sahibi olmaq mümkündür.

 Bundan əlavə olaraq, avtomobilin rəsmiləşdirilməsi zamanı bütün xərcləri – icbari və kasko sığorta, DYP qeydiyyatı və bank xərclərini mərkəz ödəyir. Kredit müddəti isə 48 ayadək uzadılıb.

Avtomobili nağd almaq istəyən müştərilərə isə kampaniya müddətində Passat modelinin bütün komplektasiyalarına 5% endirim tətbiq edilir.

 Kampaniya çərçivəsində aşağıdakı komplektasiyalar təqdim olunur:

 -Passat Comfortline (dəri salon) - 58000 AZN

-Passat Comfortline + (panorama dam örtüyü və parça salon) - 58650 AZN

-Passat Comfortline ++ (panorama dam örtüyü və dəri salon)  - 60350 AZN

-Passat Highline (xromla işlənmiş gövdə, dəri ilə işlənmiş multi-funksional sükan, oturacaqların elektron tənzimlənməsi)  -  67200 AZN

-Passat R-line (R-line eksteryeri, HeadUp display, ActiveInfo display, 360° kamera görüntü)  -  75650 AZN

 Əlaqə telefonu:   *7788 

(+994 12) 555 77 88

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9377
  • ₽ RUB
    0.0257