AVTO

Azərbaycanda sürücülük vəsiqəsi ilə bağlı -YENİLİK
25 MAY
1218

Azərbaycanda sürücülük vəsiqəsi ilə bağlı -YENİLİK

2018-05-25 11:53:00

Azərbaycan prezidenti tərəfindən “Yol hərəkəti haqqında” qanuna əlavə və dəyişikliklər təklif olunub. Fins.az xəbər verir ki, layihədə qanunun I maddəsinə 25-1, 25-2 və 25-3 bəndlərin əlavə olunması təklif edilir.

25-1 bəndində bildirilir: Trisikl – işçi həcmi 50 kub santimetrdən çox olan daxiliyanma mühərriki ilə hərəkətə gətirilən və ya mühərrikin tipindən asılı olmayaraq, maksimal konstruksiya sürəti saatda 50 kilometrdən yüksək olan və orta uzununa müstəviyə nəzərən simmetrik yerləşən üçtəkərli mexaniki nəqliyyat vasitəsidir.

25-2 bəndində isə bildirilir ki, yüngül kvadrosikl – yüksüz vəziyyətdə kütləsi 350 kiloqramdan (elektrik mühərriki nəqliyyat vasitələri üçün akkumulyatorların kütləsi nəzərə alınmır) çox olmayan dördtəkərli aşağıdakı mexaniki nəqliyyat vasitəsidir:

- işçi həcmi 50 kubsantimetrdən çox olmayan məcburi alışdırmalı daxili yanma mühərriki ilə təchiz edilən nəqliyyat vasitələri;

Sovet əfsanəsi qayıdır: Bazara “Volqa” gəlir - FOTO

 - maksimal effektiv gücü 4 kVt-dan çox olmayan digər növ daxili yanma mühərriki ilə təchiz edilən nəqliyyat vasitələri;

- uzun müddətli yüklənmə rejimində mühərrikin nominal maksimal gücü 4 kVt-dan çox olmayan elektrik mühərriki ilə təchiz edilən nəqliyyat vasitələri.

25-3 bəndində isə bildirilir ki, kvadrosikl – yüksüz vəziyyətdə kütləsi 400 kiloqramdan (yük daşımaq üçün nəzərdə tutulan nəqliyyat vasitələri üçün 550 kiloqramdan) çox olmayan (elektrik mühərrikli nəqliyyat vasitələri üçün akkumulyatorların kütləsi nəzərə alınmır) və maksimal effektiv gücü 15 kVt-dan çox olmayan mühərriki dördtəkərli mexaniki nəqliyyat vasitələridir.

Qanunun 34-cü (Sürücülük vəsiqəsi) maddəsinə edilən əlavəyə görə yuxarıda qeyd edilən nəqliyyat vasitələri üçün sürücülük vəsiqəsi tələb olunur. Qeyd edilən nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük hüququ “B1” altkateqoriyasına şamil edilir.

Layihə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sabah keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

"Yol hərəkəti haqqında” qanuna daha bir əlavə və dəyişiklik edilir. Qanuna əlavə və dəyişiklik Azərbaycan prezidenti tərəfindən irəli sürülüb. Layihəyə əsasən, qanunun 33-cü (Nəqliyyat vasitələrini idarəetmə hüququ) maddəsinin 3-cü bəndinə edilən əlavəyə görə, “A”, “B” və “C” kateqoriyaları ilə yanaşı “B1” və “C1” altkateqoriyaları müəyyənləşir. Bu altkateqoriyaya aid olan nəqliyyat vasitələrini idarəetmə hüququ 18 yaşdan etibarən verilir. 

4-cü bəndə edilən əlavəyə görə, “BE” kateqoriyası ilə yanaşı “C1E” altkateqoriyası müəyyənləşdirilir. Bu altkateqoriyaya aid olan nəqliyyat vasitələrini idarəetmə hüququ 19 yaşdan etibarən verilir.

6-cı bəndə edilən əlavə və dəyişikliyə görə isə “D” kateqoriyası ilə yanaşı “D1” altkateqoriyası müəyyənləşdirilir. Bu altkateqoriyaya aid olan nəqliyyat vasitələrini idarəetmə hüququ 23 yaşdan etibarən verilir.

Layihəyə görə “D1E” altkateqoriyası da müəyyənləşir və bu altkateqoriyaya aid nəqliyyat vasitələrini yaşı 25-dən 65-dək olan şəxslər idarə edə bilər. Eyni zamanda bu altkateqoriya “D” kateqoriyasına və ya “D1” altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə 2 ildən az olmamaq şərti ilə verilir.

Maddəyə II-I hissə də əlavə edilir: Hərbi qulluqçular “CE”, “D”, “DE” kateqoriyalarına və “D1E” altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququnu 19 yaşdan etibarən əldə edə bilərlər.

Qeyd edək ki, “B1” altkateqoriya trisikl (tricycles) və kvadrosikl (quadricycles) nəqliyyat vasitələri növünə aiddir. “C1” altkateqoriya isə 3,500-7,500 kiloqram ağırlığında kiçik və orta yük maşınlarını, römorklu yük maşınlarını (750 kq-dək ağırlıqlı) idarə etməyə imkan verir. “C1E” altkateqoriyası bir ağır tonnajlı yük avtomobili (TİR) ilə orta yük maşınlarına, “D1” minibus (8-15 sərnişin daşıma) nəqliyyat vasitələrinə aiddir.

Layihə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sabah keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.  

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9383
  • ₽ RUB
    0.0251