AVTO

Varlılar üçün müdhiş elektromobil: heyran olmamaq mümkün deyil – VİDEO
28 APREL
834

Varlılar üçün müdhiş elektromobil: heyran olmamaq mümkün deyil – VİDEO

2018-04-28 11:33:00
Varlılar üçün müdhiş elektromobil: heyran olmamaq əldə deyil – VİDEO
 
Batareyalar sürətli enerji yığma özəlliyinə sahibdirlər

“Daimler AG” şirkəti “Vision Mercedes-Maybach Ultimate Luxury” adlı elektrokrossoveri təqdim edib. Bu barədə “Technote” məlumat yayıb.  Elektromobilin yeni konsepti lüks seqmentə aiddir və qəribə dizayner özəlliklərilə zəngindir. Sözügedən elektromobil ümumi gücü 550 kilovatt olan iki ədəd elektromühərrik ilə təchiz olunub. Bu isə 750 at gücünə bərabərdir. Onun maksimal sürəti saatda 250 km-dir. Bir dəfə şarj olunandan sonra elektromobil 500 km yol qətt edə bilir. Elektromobilin aşağı hissəsində həmçinin 80 kilovatt saatlıq batareya da yerləşir. Batareyalar sürətli enerji yığma özəlliyinə sahibdirlər. Bunun sayəsində 5 dəqiqəlik enerji yığmaqla elektromobil 100 km yol qətt edə bilər. Elektromobili həmçinin naqilsiz və evdə adi enerji girişi vasitəsilə şarj elətdirmək olar. Yeni elektrikli krossoverin salonu yüksək komfortun təmin olunması üçün hazırlanıb. Salon metaldan və əsl ağacdan, oturacaqlar isə dəridən hazırlanıb. Arxa oturacaqlar isə üstəlik masaj aparatları ilə təchiz olunublar.

Ön hissədə adi cihazlar yerinə salonda bir neçə sensorlu panellər yerləşdirilib. Həmçinin salon daxilində çaydan və fincanlar üçün də əlavə yer mövcuddur.

“Vision Mercedes-Maybach Ultimate Luxury” elektromobilin qiyməti və satışa çıxma tarixi barəsində hələlik dəqiq məlumat yoxdur. yenicag.az

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9635
  • ₽ RUB
    0.0257