AVTO

Azərbaycanda istehsal ediləcək avtomobillərin yerli adı açıqlandı
21 FEVRAL
2601

Azərbaycanda istehsal ediləcək avtomobillərin yerli adı açıqlandı

2018-02-21 15:03:00

Neftçala Avtomobil Zavodunda istehsal ediləcək ilk avtomobillərin adı "Crown" (tac) olacaq. Bunu  "Azərmaş" ASC-nin İdarə Heyətinin sədri Emin Axundov deyib.

Təmizlik Xidmətinə 50% ENDİRİM!

Eləcə də bax:İkinci əl bazarda bu avtomobilləri alan tapılmır -SON VƏZİYYƏT

E.Axundovun sözlərinə görə, ilk olaraq iki komplektasiyada maşın istehsal olunacaq: "Bu avtomobillər ixraca nəzərdə tutulduğu üçün adı da ona uyğun seçilib. İlk olaraq iki komplektasiya avtomobil istehsal edilməsi nəzərdə tutulub. Bu, "S 5" (sadə) və "L 5" (lüks) seriyalı avtomobillər olacaq. Hər iki avtomobil mexaniki ötürücü qutusuna malik olacaq".

"Azərmaş" rəsmisi qeyd edib ki, zavodun açılışı mart ayının sonuna planlaşdırılır və açılışdan bir ay sonra ilk avtomobillər satışa çıxarılcaq:"Bu avtomobillər "Peugeout"nun bazasında yığılacaq. Avtomobillərin qiyməti 14-16 min manat arasında dəyişəcək. Mühərrikin həcmi isə 1,7 litr olacaq".

Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9658
  • ₽ RUB
    0.0267