AVTO

Toyota və Honda şirkətləri ABŞ-da 1 milyon avtomobili geri çağıracaq
11 YANVAR
231

Toyota və Honda şirkətləri ABŞ-da 1 milyon avtomobili geri çağıracaq

2018-01-11 10:38:00

Yapon avtomobil istehsalı şirkətləri Toyota və Honda nasaz və potensial təhlükə mənbəyi olan Takata təhlükəsizlik yastıqlarını dəyişmək üçün ABŞ-da 1 milyon avtomobili geri çağıracaqlar. Təhlükəsizlik yastıqlarının istehsalçısı Takata şirkəti əvvəllər də bir neçə dəfə öz məhsullarının nasaz olduğunu bəyan edib.

Bu avtomobillərin geri çağırılması Takata şirkətinin daha 3,3 milyon təhlükəsizlik yastığının qüsurlu olduğunu bildirməsindən sonra qərara alınıb.

Son bir neçə il ərzində 19 avtomobil istehsalçısı təhlükəsizlik yastığı nasaz olan 42 milyon avtomobili geri çağırıb ki, bu, ABŞ tarixində avtomobillərin ən çox geri çağırıldığı dövrdür. Sözügedən problem Takata şirkətinə qarşı məhkəmə iddiası və onun cərimələnməsi ilə nəticələnib, həmçinin yapon şirkətini müflisləşmə haqqında qanuna uyğun olaraq kreditorların müdafiəsi üçün müvafiq addımlar atmağa məcbur edib.

Takata təhlükəsizlik yastıqlarının adekvat olmayan şişirdilməsi ucbatından dünya üzrə 20 insan həyatını itirib, 280 nəfər yaralanıb. Toyota şirkətinin administrasiyası bildirib ki, ABŞ-da 601 min nəqliyyat vasitəsini geri çağıracaq. Avtomobillərin sahibləri cari ilin martınadək xəbərdar ediləcək və avtomobil satış şirkətləri onların maşınında ön yastıqları dəyişəcəklər. Honda şirkəti də öz növbəsində ABŞ-da 465 min avtomobili və 960 Gold Wing motosikletini geri çağıracaq. Bu şirkət avtomobil sahiblərinə bildirişi fevralın sonunda göndərəcək.

© Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9383
  • ₽ RUB
    0.0251