AVTO

Oxunmayan yol nişanları və xəttlər : Günahsızlığımı necə sübut edim ? (Qanunla izah)
13 NOYABR
131

Oxunmayan yol nişanları və xəttlər : Günahsızlığımı necə sübut edim ? (Qanunla izah)

2017-11-13 10:44:00

Yağışlı, qaranlıq və ya qarlı havalarda sürücülər tələyə düşürlər. Qar, yağış, palçıq hətta keyfiyətsiz rəng belə nişanı gizlədə bilər. Bu zaman özün qərar verməlisən. Lakin çox zaman bu "özfəaliyyət" Yol Patrul Xidmətinin (YPX) əməkdaşının xoşuna gəlmir. Və hər hansı bir təbii şərait onlara cərimə yazmağa mane olmur.

Gəlin ilk olaraq Bakı yollarında qarşılaşdığımız tipik hadisələrdən danışaq.

Ötmə

Belə bir situasiyanı təsəvvür edək. Yol gedirsiniz, qar yağıb və ya yağışlı palçıqlı havadır. Yol nişanlanmasını seçmək mümkün deyil. Qarşınızda isə yük avtomobili gedir. Bəli əgər siz AvtoStop sürücülük məktəbinin tələbəsi olsaydınız siz ötmə qərarını belə tezliklə verməyəkdiniz. Çox təəsüf biz sizi sürücülük üçünü imtahan hazırlamamamışıq.

Amma yenə olsun. Siz dönmə işıqlarını yandırıb ehmalca ötmə edirisiniz. Bu zaman DYP əməkdaşı sizi saxlayıb cərimələyir.

Dayanma və durma

Əgər siz şəhərdə hər hansı bir yeri tanımırsınızsa kəskin hava şəraitində cərimələnə bilərsiniz. nişan seçilmir, yerdəki xətt bilinmir və saxlayırsınız. Yenə sizə cərimə yazıldı.

Səhv dönmə və ya geriyə dönmə

Adətən belə manevrlər müəyyən zolaqlardan icazə verilir. Bakı kimi şəhərdə nişanların dublyorlarının olması bir tapıntıdır. Əgər tapsanız. Və zolaqdakı nişan palçığın, qarın, avtomobilin altında qalıbsa onu çətin görəsiniz. Məsələn : Rəşid Behbudov 28 may küçələrinin kəsişməsində. Və yenə dönürsünüz, və yenə cərimələnirsiniz.

Bu siyahını çox uzatmaq olar. Bu yolayrıcını çirkli svetoforda və ya bir işığı işləməyən svetoforda keçmək, yarlımçıq silinmiş piyada keçidi və sürət həddində də baş verə bilər.

AvtoStop sürücülük kursu tələbələri belə şəraitdə qəzaya və cəriməyə düşməməyi öyrəniblər. indi sizin də zamanınızdır. *8155 və ya www.surgetsin.az Aqil Rəhimov bunun sirlərini sizə açacaq. Hələlik isə bu şəraitdə saxlandıqda qanuni olaraq bu protokolu necə sildirmək olar.

Qanuni yolu

Bu şəraitdə  sürücünü cəzalandırmaq olarmı ?

Yol hərəkəti haqqında qanun deyir ki, yol nişanları sürücüyə görünən və anlaşılan olmalıdır (YHQ 61-ci maddə). İnzibati xətalar Məcəllləsinin 12-ci maddəsi inzibati xəta anlayışı izah edir. Qanuna əsasən inzibati pozuntu xəta törədildiyi sübut olunan zaman hesab edilir. Sübuta qədər isə bu şübhədir. İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsində göstərilir ki, inzibati pozuntunun olması ilə bağlı şübhə varsa, bu vətəndaşın xeyrinə həll edilir. Yəni Yol patrul Xidmətinin əməkdaşı qayda pozuntusunu dəqiqi müəyyən edib, sübut etdikdən sonra  sizə protokol yazmalıdır. Qanun deyir ki, vətəndaşın dəqiq qanuna zidd hərəkəti pozuntu hesab edilir. Yəni xətti gördün, tapdaladın,bu zaman pozuntu qeydə alınır. Silinmiş, görünməyən, sınmış nişana görə məsuliyət nəzərdə tutulmayıb.

Amma praktikada cəriməni yazırlar. Hələ cərimə "soyumamış" sistemə belə vurulur. Bəs əgər sürücünün günahlı yoxdursa, həqiqətən xətt görünmürsə sürücü nə etməlidir ?

Öz hüququnu necə qorumalı ?

Hər zaman nə deyirik? Avtomobilinizdə videoregistrator olsun. Və protokola ərazidə başqa kamera yoxdursa, oz kameranızın görüntüsünün protokola əlavə etdirin.

Məsələn : İnzibati Xətalar Məcəlləsinin 80- ci maddəsinə əsasən videogörüntü iş üzrə sənəd hesab edilir. Protokola hansı videoqeydiyyatçı tərəfindən qeydiyat aparılıbsa onu əlavə etdirin. Tutaq ki, "Black Vue 902" videoqeydiyyatçısı. Daha sonra görüntünün surətini çıxardıb Dövlət Yol Polisi idarəsinə çağırılacaq günü göləyin. Həmçinin yerində DYP əməkdaşına da göstərə bilərsiniz. Amma yerində baxıb çox az ehtimalla sizi buraxacaq. Sizə bir sirr açım. YPX əməkdaşlarının  bir çoxu siz şikayət etməyə tənbəllik edəcəksiniz deyə protokolu yazır. Fikirləşir ki, kimdi ora gedən. Amma siz sona qədər gedin.

 İndi isə tutaq ki, sizin videoregistratorunuz yoxdur. Amma sizin fotokamerası olan smartfonunuz var. Bu da keçərlidir. Çünki yuxarıda dediyimiz 80-ci maddəyə əsasən fotoşəkil də sənəd hesab edilir. Telefonunuzu götürüb yolun vəziyyətinin şəklini çəkirsiniz. Şəkli elə çəkmək lazımdır ki, həm YPX əməkdaşları və ya hakim həmin kəsişmədə , yolda şəraitin necə olmasını tam görsünlər. Ona görə fotoqrafik baxışınızı işə salın. Fotonu çəkən zaman yerə bağlılığı qeyd etmək lazımdır. Hansı küçə, prospekt, magistralda baş verib o fotoda öz əksini tapmalıdır.

Əgər dedikıərimizi dəqiqi yerinə yetirsəniz rahatlıqla protokolu ləğv etdirə bilərsiniz. Sizə və bizə uğurlar.

© Avtostop.tv

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+8°C
  • $ USD
    1.7002
  • € EUR
    1.9963
  • ₽ RUB
    0.0287