AVTO

Ölkəyə gətirilən avtomobillərin sayı kəskin artıb
12 SENTYABR
474

Ölkəyə gətirilən avtomobillərin sayı kəskin artıb

2017-09-12 15:54:00

2017-ci ilin Yanvar-Avqust ayları ərzində Azərbaycana 5662 ədəd avtomobil (nəqliyyat vasitəsi) gətirilib. Bu, 2016-cı ilin eyni dövrü ilə müqayisədə 64% çoxdur. 2016-cı ilin 8 ayında Azərbaycana 3454 ədəd nəqiliyyat vasitəsi idxal olunmuşdu.

Fins.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, cari ilin Yanvar-Avqust  aylarında 134 ədəd avtobus, 4 874 ədəd minik avtomobili, 653 ədəd yük avtomobili, 51ədəd xüsusi təyinatlı avtomobil idxal olunub.

 Müqayisə üçün qeyd edək ki, 2016-cı ilin Yanvar-Avqust aylarında  54 avtobus, 2 981ədəd minik avtomobili, 342 ədəd yük avtomobili, 77 ədəd xüsusi texnika idxal olunmuşdu.  

 Təkcə Avqustda Azərbaycana 1194 ədəd nəqliyyat vasitəsi, o cümlədən 1083 ədəd minik avtomobili gətirilib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0070
  • ₽ RUB
    0.0285