AVTO

Yeni nəsil Porsche Cayenne rəsmi olaraq təqdim edilib
30 AVQUST
312

Yeni nəsil Porsche Cayenne rəsmi olaraq təqdim edilib

2017-08-30 11:41:00

Porsche şirkəti rəsmi olaraq yeni nəsil Cayenne modelini təqdim edib. Bir neçə gün bundan öncə avtomobilin rəsmi şəkilləri internet şəbəkəsində peyda olduğuna görə onun dizaynı artıq heç kim üçün sirr deyildir.

Fins.az xəbər verir ki, yeni avtomobil sələfindən əsasən ön və arxa hissəsinin dizaynı ilə fərqlənir. Ən çox da Panamera Sport Turismo modelinin üslubunda hazırlanmış arxa hissə ilə.

Buna baxmayaraq, Cayenne modelinin texniki hissəsi ciddi şəkildə təkmilləşdirməyə məruz qalıb. Onun güc strukturunda yüksək möhkəmlikli metallar üstünlük verilibdir. Kuzovun xarici panelləri, döşəməsi və ön modulu alüminiumdan hazırlanıb. Porsche Cayenne modelinin təkər bazasının uzunluğu dəyişməz qalsa da, onun uzunluğu 63 millimetr artaraq 4918 millimetr olub. Avtomobilin çəkisi 65 kiloqram azalaraq 1985 kiloqram təşkil edir.

Bu çəkinin 10 kiloqramı adi akkumulyatorun litium-ion analoqu ilə əvəzlənməsi sayəsində  azalıbdır.

©autograph.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+22°C
  • $ USD
    1.7007
  • € EUR
    2.0368
  • ₽ RUB
    0.0293