AVTO

Ucuz avtomobil almaq üçün – BANKİRLƏRİN ÜSULU
28 NOYABR
1149

Ucuz avtomobil almaq üçün – BANKİRLƏRİN ÜSULU

2016-11-28 11:38:00

Bakıda bankirlər ucuz avtomobil almağın yeni üsulunu tapıblar. Söhbət problemli kreditə çevrilən  və kreditinin yalnız bir hissəsisi ödənilən avtomobillərdən gedir. Fins.az-ın məlumatına görə, bu avtomobilləri kredit sahəsində çalışan bank işçiləri almağa başlayıblar. 

Avtomobil eksperti V.Hüseynov fins.az-a bildirib ki, iqtisadi durğunluq nəticəsində bir sıra banklar bağlanması və kredit verilişinin dayanması nəticəsində xeyli kredit işçisi ixtisar olunuvb. Onun sözlərinə görə, işsiz qalan  kredit işçiləri bu sahədəki təcrübələrindən uğurla istifadə edərək problemli kreditə çevrilərək bankda qalan avtomobilləri alırlar. 

Bu adi qaydada avtomobil almaqdan bir neçə dəfə ucuz başa gəlir. Məsələn, qiyməti 15 min manat olan avtomobilin 10 manatlıq krediti ödənilib. Kreditin qalan hissəsini müştəri ödəyə bilməyib  və avtomobili banka qaytarıb. Belə olan halda, kredit işçisi həmin  avtomobilin qalan kreditini öz üzərinə götürür və avtomobili xeyli ucuz alır. Yəni, 15 min manatlıq avtomobil ona sadəcə 5 min manata başa gəlir. Bu isə 3 dəfə ucuz deməkdir. 

Ekspert bildirir ki, işsiz qalan kredit işçisi bankdan xeyli ucuz aldığı avtomobillə  daha sonra özünə iş də tapır. Taksi fəaliyyəti göstərərək pul qazanır. O bildirib ki, hazırda bu şəkildə taksi xidmətinə qoşulanların bir hissəsi əvvəlki bank işçiləridir. 

   

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275