AVTO

Avtomobil idxalı 5,8 dəfədən çox azaldılıb
17 OKTYABR
344

Avtomobil idxalı 5,8 dəfədən çox azaldılıb

2016-10-17 16:15:00

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycana 3 906 ədəd avtomobil idxal olunub. 

Ötən ilin analoji dövrü ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 19 009 ədəd avtomobil və ya 5,86 dəfə azalıb.

Ölkəyə gətirilən avtomobillərin 61 ədədi sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 3 389 ədədi əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 379 ədədi yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 77 ədədi isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.

Mənbə: APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271