AVTO

Bu avtomobili alanlara səyahət paketi veriləcək
13 OKTYABR
815

Bu avtomobili alanlara səyahət paketi veriləcək

2016-10-13 16:37:00

Bakıda satışa çıxarılacaq avtomobili sifariş edən ilk 5 müştəriyə turpaket hədiyyə ediləcək. Söhbət Çinin yeni avtomobili  olan “GAC GS4” avtomobilindən gedir. Bu avtomobillərin Azərbaycanda rəsmi idxalçısı “Sirena Motors” şirkətindən fins.az-a verilən məlumata görə, “GAC” markasının “GS4” modelinin əvvəlki versiyaları Amerika və Çin bazarında satılıb. Avtomobilin 2016-cı il modeli isə noyabr ayının sonunda Bakıda satışa çıxarılacaq. Mini krossover ölçülərinin kiçik olması və az yanacaq sərfiyyatı ilə seçilir. 

Cəmi 6,3 litr yanacaq işlədir

Belə ki,1,3 litr turbo mühərrikli  mini “Cip” şəhər içi yollarda cəmi 6,3 litr yanacaq işlədir. Şirkətdən bildirilib ki, dünyada istehsal edilən krossoverlər arasında 100 kilometr məsafəyə bu qədər yanacaq işlədən ikinci bir model yoxdur. İndiyə kimi yalnız “Changan CS 5” modeli az yanacaq sərfi ilə seçilirdi. Onun isə yanacaq sərfi 8,8 litr təşkil edirdi. “GAC GS4” modelinin maksimal sürəti saatda 220 km-dir. 130 at gücündə benzin mühərrikli avtomobilin Bakıya yalnız avtomat sürət qutulu versiyası gətiriləcək. Ölçülərinə gəlincə, avtomobilin yerdən hündürlüyü 167 sm, eni  185 sm, uzunluğu isə 451 sm-dir. 

Bu avtomobili 50 yaşınadək olanlar sürür

Şirkətin nümayəndəsi Əyyub Əliyev fins.az-a bildirib ki, avtomobilin dizaynı, ölçüləri və yanacaq sərfiyyatının az olması avtomobil alıcılarının diqqətini çəkir. Yeni modellə bağlı şirkətə artıq 30-a yaxın müraciət daxil olub.Avtomobili sifariş etmək istəyənlər əsasən 20-50 yaşlarında xüsusi statusu olan  müştərilərdir.

Rəqiblərindən 10 min manat ucuzdur

Avtomobilin qiymətinə gəlincə şirkət nümayəndəsi bildirib ki, hələlik avtomobil ölkəyə gətirilmədiyi üçün qiymət tam müəyyənləşdirilməyib. Avtomobilin Bakıda 28-32 min manata satılacağı gözlənilir. Bakıda satışa çıxarılacaq “GAC GS4” əsasən orta təhcizatlıdır. Modelin full opsiyalı versiyası isə zavoddan xüsusi sifariş əsasında gətirilir. Ə.Əliyev avtomobilin öz seqmentində Çin, Cənubi Koreya və Yaponiya avtomobillərindən xeyli ucuz olduğunu bildirib. Onun sözlərinə görə, “GAC GS4”, öz seqmentində “Haval”, “Toyota Rav4”, “Suzuki”, “Hyundai ix35”, “Kia Sportage”dən 10 min manata kimi ucuzdur: “Məsələn, “Hyundai ix35” modelinin qiyməti 36-42 min manat arasında dəyişir”.

İlk 5 müştəriyə Qəbələdə istirahət hədiyyə

Ə.Əliyev bildirib ki, müştərilər əvvəlcədən sifariş etmək istəsələr də, qiymətlər müəyyənləşmədiyi üçün avtomobilin ölkəyə gətirilməsi gözlənilir. Avtomobili ilk olaraq sifariş edən ilk 5 müştəriyə Qəbələdə 5 ulduzlu hoteldə (Qafqaz Rive side Hotel və ya Qəbələ hotel) 2 nəfərlik səyahət hədiyyə edilir: «Müştəri yeni avtomobili ilə Qəbələdə 2 gün istirahət edəcək. Avtombilin yanacağından tutmuş 2 gün müddətində bütün istirahət xərcləri şirkət tərəfindən qarşılanacaq». Ə.Əliyevin sözlərinə görə, ilk 5 müştəri seçilərkən avtomobilin hansı formada alınmasinda fərq qoyulmayacaq: «Avtomobili ən tez  həm nəğd, həm də lizinq şərtilə sifariş edən müştərilər qazanacaq».

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272