AVTO

"Avto FM" bağlandı - AÇIQLAMA
01 SENTYABR
588

"Avto FM" bağlandı - AÇIQLAMA

2016-09-01 11:27:00

"Avto FM"-in yayım hüququ bütövlüklə Bakı Nəqliyyat Agentliyinin (BNA) tərkibində fəaliyyət göstərən Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinə (NİİM) məxsusdur. "Avto FM" MMC ilə müqaviləyə əsasən yayıma adıçəkilən şirkət çıxırdı. Sentyabr ayının 1-dən bu müqaviləyə xitam verilib. Bu gündən yayım hüququ tamamilə NİİM-ə keçib". 

Bunu  BNA-nın İctimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Nuridə Allahyarova bildirib. 

Onun sözlərinə görə, tezlik BNA-ya keçib və radionun adı dəyişəcək: "Ola bilsin ki, yeni mövsümdən proqramların adı və formatı dəyişsin. Ümumiyyətlə, radionun fəaliyyətində ciddi dəyişiklik yoxdur. Bir neçə gün ərzində radioda non-stop rejimdə musiqilər yayımlanacaq, lakin gələn həftədən radio fəaliyyətini tam bərpa edəcək"

Qurum rəsmisi əlavə edib ki, radioda çalışan heç bir əməkdaş işdən çıxarılmayıb.

Mənbə: APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272