AVTO

Nazirlik işçilərinə “NAZ-lifan” alır - 140 ƏDƏD
21 AVQUST
2769

Nazirlik işçilərinə “NAZ-lifan” alır - 140 ƏDƏD

2016-08-21 22:17:00

Çinin avtomobil zavoduna sifariş verilən daha 140 avtomobil sentyabr ayında Azərbaycanda olacaq.

Fins.az xəbər verir ki, bu barədə Naxçıvan Avtomobil Zavodunun (NAZ) icraçı direktoru Musa Abdullayev məlumat verib.

O qeyd edib ki, avtomobillər “NAZ-lifan 320” modelinə aiddir:

“Avtomobillərin hamısı Əmək vəƏhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSM) tərəfindən sifariş verilib. “NAZ-lifan 320” modelindən olan avtomobillərin sentyabrın 10-da Azərbaycana çatacağı nəzərdə tutulub”.

Xatırladaq ki, ümumilikdə sifariş edilən 270 avtomobildən 130 ədədi iyun ayında Azərbaycana çatıb. Sifarişçilər arasında Təhsil Nazirliyi, “Xəzər Dəniz Gəmiçiliyi” QSC də var idi.

Buna qədər Azərbaycan Dövlət Sığorta-Kommersiya Şirkəti, “Azpetrol”, Dövlət Neft Şirkəti, “Cahan Holding”də NAZ alanlar sırasına qoşulub.

Naxçıvan Avtomobil Zavodu (NAZ) hazırda 8 modeldə minik avtomobili istehsal edir. Bunlar “NAZ-lifan 720”,  “NAZ-lifan 820” (Premium modellər), “NAZ-lifan 620”, “NAZ-lifan 630” (sedan modellər), “NAZ-lifan X50” və X60 (SUV), “NAZ-lifan 320” və 330 (mini) modelləridir.

“NAZ-lifan 720” (sürət qutusu mexaniki) modelinin qiyməti 14 min manatdan, “NAZ-lifan 820” modelinin (sürət qutusu avtomat) qiyməti 22 min manatdan başlayır. Bu avtomobillər şəhəriçi 100 kilometrə 8-9 litr yanacaq işlədir.

Mənbə: modern.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275