AVTO

Bir yanacaq çəniylə 2100 kilometr getdi – REKORD
14 APREL
681

Bir yanacaq çəniylə 2100 kilometr getdi – REKORD

2016-04-14 15:23:00

Dizel mühərrikli “Opel Insignia” bir dəfə yanacaq doldurmaqla İsveçrə Alplarından Şimal dənizinə və geriyə 2111 kilometr məsafə gedib. Fins.az-ın məlumatına görə, 1,6 litr həcmi olan 136 gücə malik dizel mühərrlikli “Opel Insignia”nın sükanı arxasında keçmiş Airbus pilotu Feliks Eqolf olub.

Marşrut İsveçrə Alplarından “Opel”in Rüsselshaymdakı qərargahına qədər olan hissəni, İsveçrənin Münster və Oldenburq şəhərlərini, Şimal dənizindəki Kukshafen şəhərciyini əhatə edib. Geriyə yol isə Hannover və Sankt Hallendən keçərək Zürixdə sona çatdı.

Yürüş zamanı “Opel Insignia” 2111 kilometr yol qət etdi, yanacaq sərfi hər 100 kilometrə orta hesanla 3,46 litr təşkil etdi. Maraqlıdır ki, avtomobilin yanacaq sərfi rəsmi məlumatlarda göstəriləndən də aşağı olub. Belə ki, rəsmi göstəricilərdə maşının 3,8-3,9 litr/100 km yanacaq sərf etdiyi bildirilirdi. “Opel”də bildiriblər ki, avtomobil xüsusi hazırlıq keçməyib.

Feliks Eqolf bildirib ki, bir dəfə yanacaq doldurmaqla bu qədər məsafələri “təmkinli sürücülər” qət edə bilər. Qeyd edək ki, seriyalı avtomobillərdə belə qənaətcillik rekordları əvvəllər də qeydə alınıb. Belə ki, 2015-ci ilin iyulunda “Honda Civic Tourer” Avropa İttifaqının 24 dövlətindən keçərək, orta hesabla 100 km-ə 2,82 litr yanacaq sərf edib və bu göstəriciyə görə “Ginnesin Rekordlar Kitabı”na düşüb. “Opel” təmsilçilərinin qənaətcilliklə bağlı rekordun qeydə alınması üçün müraciət edib etməyəcəkləri barədə məlumat verilməyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270