SƏNAYE

Nazir vətəndaşları qəbul edib
04 İYUN
149

Nazir vətəndaşları qəbul edib

2019-06-04 11:46:00

Azərbaycan Respublikasının Energetika naziri Pərviz Şahbazov aidiyyəti struktur bölmələrin nümayəndələrinin iştirakı ilə Energetika Nazirliyində vətəndaşları qəbul edib.Bu barədə Energetika Nazirliyindən fins.az-a məlumat verilib. Məlumatda bildiriliri ki, qəbulda Bakının Qaradağ və Nizami rayonundan, eləcə də Şirvan şəhərindən olan 10-a yaxın vətəndaş iştirak edib.

Qeyd olunub ki. vətəndaşların müraciətləri elektrik enerjisi təchizatı, elektrik xətlərinin dəyişdirilməsi, qaz sayğaclarının yenilənməsi, tikinti obyektlərinin qaz təchizatı şəbəkəsinə qoşulması, işlə təminat və digər məsələlərlə bağlı olub.

Qəbulda Energetika naziri vətəndaşların müraciətlərini dinləyib, qaldırılan məsələlərin araşdırılması və qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün nazirliyin struktur bölmələrinə müvafiq tapşırıqlar verib. Nazirliyin fəaliyyətinə aid olmayan müraciətlərin isə qeydiyyata alınaraq müvafiq qurumlara çatdırılması üçün göstərişlər verilib.

 Müəllif:Aynur Qəniyeva 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır