SƏNAYE

BP “Şəfəq-Asiman” strukturunda ilk kəşfiyyat quyusunun qazılmasına başlayacağı vaxtı açıqlayıb
14 MAY
264

BP “Şəfəq-Asiman” strukturunda ilk kəşfiyyat quyusunun qazılmasına başlayacağı vaxtı açıqlayıb

2019-05-14 06:43:00

BP şirkəti cari ilin sonunadək Xəzərin Azərbaycan sektorunda “Şəfəq-Asiman” perspektiv strukturunda ilk kəşfiyyat quyusunun qazılması işlərinə başlamağı planlaşdırır. Fins.az xəbər verir ki, bu barədə“BP-Azerbaijan” şirkətindən məlumat verilib.

“Hazırda “Şəfəq-Asiman” perspektiv strukturunda ilk kəşfiyyat quyusunun qazılması işlərinin planlaşdırılması davam edir. Müqavilə sahəsində quyunun qazılması işlərinin bu ilin sonlarında başlanması nəzərdə tutulur”, - deyə məlumatda bildirilir.

Xəbər verildiyi kimi, “Şəfəq-Asiman” strukturunda quyunun dərinliyi təxminən 6500-7000 metr təşkil edəcək. Struktur sahəsində dənizin dərinliyi 650-950 metr arasındadır. İlkin məlumatlara görə, məhsuldar qalın təbəqə təxminən üç kilometr təşkil edir və 5 km-dən 8 km-ə qədər dərinlikdən başlayır.

SOCAR  və “BP Exploration” şirkətləri arasında blokun təqdiqatına dair müqavilə 2010-cu ilin iyul ayında imzalanıb və 2011-ci ilin iyun ayında qüvvəyə minib. Tərəflərin hər birinin müqavilədəki payı 50% təşkil edir. Müqavilə daha 5 il uzadılma imkanı ilə 30 il müddətinə nəzərdə tutulub.

Müqavilənin şərtlərinə görə, əgər tədqiqat proqramı neft ehtiyatlarını təsdiqləsə, onda hər 100 mln. barel neft üçün bonus $1 mln. təşkil edəcək. Blokda kommersiya işlənməsinin başlamasından sonra 3 gün ərzində $50 mln. məbləğində bonus ödənməlidir.

Bundan başqa, “BP Exploration” hər il müqavilə sahəsinin hər 1 kv. kilometri üçün Azərbaycana $2 min məbləğində akrhesabı ödənişlər verməlidir.

“Şəfəq-Asiman” blokunun ümumi sahəsi 1100 kvadrat metr təşkil edir. Burada indiyə qədər geolojı tədqiqat işləri aparılmayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9142
  • ₽ RUB
    0.0271