SƏNAYE

Norm Sement sosial media istifadəçiləri üçün yeni müsabiqə elan edir: Sürətinə güvənənlərin yarışı başlayır!
17 APREL
84

Norm Sement sosial media istifadəçiləri üçün yeni müsabiqə elan edir: Sürətinə güvənənlərin yarışı başlayır!

2019-04-17 10:00:00

“Pit-stop” müsabiqəsində iştirak edərək Formula 1 yarışlarına bilet qazana bilərsiniz.

5 gün davam edəcək sual-cavab müsabiqəsində hər gün iki dəfə istənilən saatda xəbərdarlıqsız Norm Sement səhifəsində sual paylaşılacaq. Vaxtında pit stopda olsanız, suala şərh bölməsində daha tez cavab verib hədiyyə qazanmaq imkanını əldə edəcəksiniz.

Müsabiqə iştirakçıları
✔Facebook və İnstagramda Norm Sement səhifəsini bəyənməli;
✔Müsabiqə postunu bəyənib hər kəsə açıq şəkildə paylaşmalı;
✔Səslənəcək sual postlarını bəyənməli və paylaşmalı;
✔Müsabiqə postunun şərh bölməsində 3 dostun adını işarələməli (dostlarınız fake hesablar olsa, nəzərə alınmayacaq);
✔Facebook hesabınızdakı ad soyadla həqiqi ad soyadınız eynilik təşkil etmirsə qeyd etməlidir

Həmçinin

v  Müsabiqədən kənar və bir neçə rəydə cavab yazan şəxslərin iştirakı qeydə alınmayacaq.

v  Əvvəlki müsabiqənin qalibləri bu müsabiqədə iştirak edə bilməz.

Müsabiqə 16.04.2019-20.04.2019 tarixləri arasında keçiriləcək. Ən çox “Pit-stop” xalı qazanmış 3 nəfər qalib elan olunacaq.

Müsabiqə qalibləri 26-28 aprel tarixlərində davam edəcək 2019 Formula-1 Azərbaycan Qran-Prisinə biletlər qazanacaq. Birinci, ikinci və üçüncü yerin sahibləri müvafiq olaraq Abşeron, Sahil və Xəzər kateqoriyasından biletlər əldə edəcəklər.

Müsabiqəyə qoşulmaq üçün Norm Sement-in sosial media səhifələrini izləyə bilərsiniz:

https://www.facebook.com/NORMLLC/

https://www.instagram.com/normsement/

Norm Sement hər kəsi müsabiqədə iştirak etməyə dəvət edir və uğurlar arzulayır!

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9105
  • ₽ RUB
    0.0266