SƏNAYE

Enerji mənbələri proqramının ikinci mərhələsini başlayır
13 MART
114

Enerji mənbələri proqramının ikinci mərhələsini başlayır

2019-03-13 11:26:00

Səudiyyə Ərəbistanının Energetika, Sənaye və Mineral Ehtiyatlar Nazirliyinin Bərpaolunan Enerji Layihələrinin İnkişafı Bürosu bərpaolunan enerji mənbələri proqramının ikinci mərhələsinin başlanmasını elan edib.

Fins.az xəbər verir ki, Nazirliyin məlumatına görə, Bərpaolunan enerji mənbələri üzrə Milli Proqramın ikinci mərhələsində iştirak etmək üçün sifarişlər verilməsi başlanıb. Proqramda 1,51 milyard dollar həcmində birbaşa investisiya tələb edən 1,52 GVt gücündə yeddi layihə nəzərdə tutulur. Bu elanın verilməsi cari ilin yanvar ayında 256 şirkət, o cümlədən Krallıqda yaradılmış 100 yerli şirkət tərəfindən belə investisiyalara maraq və tələb ilə bağlı rəylərlə əlaqədardır. Qeyd olunur ki, şirkətlərin yüksək maraq göstəriciləri həmin şirkətlərin Krallığın bərpaolunan enerji sektorunun yerli və beynəlxalq səviyyələrdə cəlbediciliyini, habelə dəyərlər yaradılması prosesini (yerli istehsaldan başlamış müəssisələrin inkişafına qədər) tam əhatə edən 200 GVt-dan artıq bərpaolunan enerji istehsalı barədə Səudiyyə Ərəbistanının ambisiyalı planlarına töhfə vermək istəyini əks etdirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264