SƏNAYE

“Petkim” nə qədər mənfəət əldə etdiyini açıqlayıb
02 MART
304

“Petkim” nə qədər mənfəət əldə etdiyini açıqlayıb

2019-03-02 14:39:00

Fins.az-ın məlumatına görə, əsas payı Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus olan “Petkim (Petrokimya) Holding A.Ş” 2018-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb. Şirkətdən verilən məlumata görə, ötən il “Petkim”in xalis mənfəəti 872 mln. Türkiyə lirəsi (TRY) təşkil edib. 2018-ci ildə “Petkim”in dövriyyəsi 9,3 mlrd. TRY olub. Şirkətin aktivləri 62% artaraq 12,6 mlrd. lirəyə çatıb. “Petkim”in faiz, ammortizasiya və vergidən əvvəlki mənfəəti 1,523 mlrd. TRY olub. 2018-ci ildə “Petkim”in məhsullarının satışı 1,8 mln. ton təşkil edib ki, bunun da 939 min tonu Türkiyə bazarında satılıb, 880 min tonu isə ixrac olunub. “Petkim”in baş direktoru Anar Məmmədov bildirib ki, 2018-ci il rəhbərlik etdiyi şirkət üçün uğurlu il olub: “Dünyada qlobal iqtisadi dalğalanmaların olduğu 2018-ci ildə biz məhsuldarlığa yönəlib, uzunmüddətli planlar quraraq göstəriciləri müsbətə çevirə bildik, qlobal və daxili dəyişiklikləri yaxından izlədik. Bazarın və müştərilərin tələblərini əvvəldən gördük və tələblərə cavab verdik. İdxalçıların çətinlik çəkdiyi şərtlərdə belə yerli istehsalçıları xammalla təmin edərək iqtisadiyyata töhfə verməyə davam etdik. Planlaşdırılmış texniki baxım işləri 63 günlük planlaşdırılsa da 53 gün ərzində başa çatdırıldı”. Xatırladaq ki, 2008-ci ildə tamamlanan özəlləşdirmə prosesinin sonunda “Petkim”in əsas səhmdarı SOCAR olub. Hazırda SOCAR “Petkim Holding”də 51% paya malikdir, “Petkim”in qalan səhmləri isə İstanbul Birjasında dövriyyədədir

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9052
  • ₽ RUB
    0.0264