SƏNAYE

"Rosneft" in rəhbəri həyəcan təbili çalır
11 FEVRAL
160

"Rosneft" in rəhbəri həyəcan təbili çalır

2019-02-11 13:05:00

"OPEC+ ölkələri tərəfindən neft hasilatının azaldılması ABŞ üçün əlverişli mövqe yaradıb və bu vəziyyət Rusiyanın neft sənayesinin inkişafı üçün strateji təhlükə halına gəlib". Fins.az-ın məlumatına görə, Report "Vedomosti" qəzetinə istinadən xəbər verir ki, bu barədə "Rosneft" şirkətinin rəhbəri İqor Seçinin Rusiya Prezidenti Vladimir Putinə yazdığı məktubda deyilir. Nəşrin məlumatına görə, İ.Seçin Rusiya neftinin dünya bazarındakı payının 1990-ci ildəki 16,3%-dən 2018-ci ildə 12%-dək azaldığını qeyd edərək, istehlakçıların Rusiya neftindən digərlərinə yönəldildiklərini və bunun Rusiya şirkətlərinin bazar payının geri qaytarılmayacaq dərəcədə azalmasına səbəb ola biləcəyini söyləyib.

Rusiya Energetika Nazirliyinin, "Rosneft" və "Qazprom neft" şirkətlərinin nümayəndələri, eləcə də Putinin mətbuat katibi Dmitri Peskov qəzetə məsələyə şərh verməkdən imtina ediblər. 

Qeyd edək ki, OPEC və qeyri-OPEC ölkələri 2017-ci ildən etibarən hasilatın azaldılmasına dair saziş imzalayıblar. Sazişin müddəti iki dəfə uzadılıb. 2019-cu ilin may ayına qədər Rusiya hasilatı 2018-ci ilin oktyabr ayındakı göstəricidən 2% az etməli, gündəlik 11,2 milyon barel hasil etməlidir. Saziş iştirakçısı olan ölkələr 2019-cu ilin sonuna qədər razılaşmanın müddətinin uzadılıb-uzadılmaması barədə qərar verməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9008
  • ₽ RUB
    0.0262