SƏNAYE

Volqoqrad Azərbaycana plastik boru ixrac edəcək
14 YANVAR
94

Volqoqrad Azərbaycana plastik boru ixrac edəcək

2019-01-14 12:39:00

Rusiyanın Volqoqrad vilayətinin Voljski şəhərində yerləşən müəssisəsilər yaxın vaxtlarda Azərbaycan və İrana ixrac edilməsi planlaşdırılan yeni plastik boru istehsalına başlayacaq. Fins.az-ın məlumatına görə, Report Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Volqoqrad vilayətinin qubernatoru Andrey Boçaryov Voljskidəki müəssisələrə işgüzar səfəri zamanı bildirib. Onun sözlərinə görə, hazırda Voljskidə hazırlanmış borular, quyular və su anbarları qonşu regionlara - Kalmıkiya, Həştərxan, Saratov, Samara, Voronej bilayətlərinə satılır, amma yeni istehsal xəttinin işə salınması ilə məhsulları xarici tərəfdaşlara, o cümlədən Azərbaycan və İrana da təklif etmək olar. Qubernator qeyd edib ki, müəssisələrə yatırılan investisiyaların ümumi həcmi 650 milyon rubdan (təxminən, 16,5 milyon manat) çox olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9356
  • ₽ RUB
    0.0257