SƏNAYE

O, bölgədə yeni istixanalar yaradılır
07 YANVAR
163

O, bölgədə yeni istixanalar yaradılır

2019-01-07 10:22:00

Respublikamızın bütün bölgələrində olduğu kimi, Qazaxda da sahibkarlara və fermerlərə əlverişli şərait yaradılıb. Fins.az xəbər verir ki, bunun nəticəsidir ki, əkin sahələri ilə yanaşı, istixanaların da sayı getdikcə artır. Yeni yaradılmış istixanalar, məhsul bolluğu ilə yanaşı, həm də yeni iş yerlərinin açılması, əhalinin maddi rifah halının yaxşılaşması deməkdir. Fins.az xəbər verir ki, belə təsərrüfatlardan biri də Çaylı kəndində yerləşir. Anar Əfəndiyevə məxsus olan və yeni yaradılan istixana 0,55 hektar ərazini əhatə edir. Təsərrüfat rəhbəri qeyd edib ki, yeni yaradılan istixanada pomidor yetişdirilməsi nəzərdə tutulub.

© AZƏRTAC

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9105
  • ₽ RUB
    0.0266