SƏNAYE

Bu il “Azərkosmos” nə qədər gəlir əldə edib?
27 DEKABR 2018
157

Bu il “Azərkosmos” nə qədər gəlir əldə edib?

2018-12-27 15:59:00

Cari ilin yanvar-noyabr aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 24 ölkəsinə 24 mln. dollar dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib.

Fins.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın dekabr sayında qeyd olunub.

“Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 88%-ni təşkil edib. Cari ilin noyabr ayında isə “Azərkosmos” ASC dünyanın 15 ölkəsinə 1,6 mln. dollar dəyərində xidmət ixrac edib.

“Azərkosmos” ASC-nin 2018-ci ilin 11 ayı ərzində xidmət ixracı həyata keçirdiyi əsas ölkələr Fransa, Malaziya, BƏƏ, Almaniya, Gürcüstan və digərləridir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9356
  • ₽ RUB
    0.0257